17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
18:03 - IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb
18:02 - Leyla Əliyeva COP29 çərçivəsində dəniz canlılarına dair panel müzakirələrində iştirak edib
17:57 - Prezident İlham Əliyev bu məhkəmələrə hakimlər təyin edib - SƏRƏNCAM
17:55 - COP29-da Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
17:53 - Sabah "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək
Adil Vəliyevin milyonluq kolleksiyası və "ZİL" seçimi - Sabunçuda zibillər belə daşınır // VİDEO
DogruXeber.az: - Keçmiş qonşumuz, rəhmətlik Pəri xala həmişə qonşuların yanında gileylənirdi ki, "gəlinim pintidir".
Qonşular deyirdilər: "ay Pəri xala, insafın olsun. Sizin ev səliqəli, təmiz olur axı həmişə".
Pəri xala da deyirdi: "Siz bilmirsiniz. O çirkli şeylərlə təmizləyir hər yeri. Çirkli əsgilərlə masanın üstünü silir, mebelin tozunu alır. Day bunun harası təmizlik oldu..."
Əslində, Pəri xala düz deyirdi rəhmətlik. Elə təmizlik, təmizlik deyil.
Deyəcəksiniz: - "heç hənanın yeridi?"
İnanın ki, yeridir vallah...
Aşağıdakı linkə daxil olub ordakı mənzərəni gördükdən sonra sizin də bizimkinə bənzər çox xatirələriniz oyanacaq.
Videoçarxda da gördüyünüz kimi Sabunçu rayonMənzil Kommunal Təsərrüfat istehsalat birliyi da bizim Pəri xalanın gəlini kimi iş görür. Gündüz-günorta çağı ekologiya çirkləndirən köhnə "ZİL" markalı avtomobillərlə şəhərin zibilini daşıyır.
Ekologiyanı çirkləndirən "ZİL" markalı avtomobillər heç Rusiyanın özündə daha istifadə olunmur demək olar. Olunan da ucqar kəndlərdə fermerlər təsərrüfatda istifadə edirlər. Amma, yerli medianın dediyinə görə avtomobil kolleksiyası olan Adil Vəliyev bu avtomobillərdən şəhərin içində, əhalinin sıx yaşadığı ərazidə, özü də təmizlik üçün işlədir.
Sözügedən bu görüntülər şəhərimizin qonaqları üçün gülməlidir, sakinləri üçün ağlamalı.
Görəsən bu vaxta qədər rayonun abadlığı, təmizliyi üçün ayrılan vəsaitlər hara xərclənib ki, Sabunçu rayon təmizlik idarəsi müasir avtomobillərlə hələ də təmin edilməyib.
Görün iş nə yerə çatıb ki, şəhər sakinləri ilə bərabər, təmizlik işçiləri özləri də dilə gəlib, mövcud duruma etiraz edirlər.
Sözügedən problem idarənin deyil, Rayon İcra Hakimiyyətinin, Adil Vəliyevin problemidir.
Amma, deyəsən bu bizim düşündüyümüzdür. Adil Vəliyev isə bunu həlli vacib problem hesab etmir.
Elə məhz bu səbəbdən də belə "xırda məsələlərə" nə vaxt ayırır, nə də ki, vəsait.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır!
DogruXeber.az