Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan Minsk qrupunu da məğlub etdi

Azərbaycan Minsk qrupunu da məğlub etdi
18-07-2021, 02:00 420 dəfə baxılıb

Ankara və London ittifaqı, Bakının bu ittifaqda yer alması Vaşinqton və Parisi, Moskvanı əvvəlki təsir imkanlarından məhrum edib. İndiki məqamda onlar bilavasitə və dolayı yollarla əvvəlki təsir rıçaqlarını bərpa etməyə çalışırlar. Bunlardan biri də Minsk qrupudur. Əlbətdə ki, 44 günlük Vətən Müharibəsində Minsk qrupunun da məğlub ediliyini gözəl başa düşürlər. Sadəcə bunun etirafı üçün məsrəf tələb edirlər, dəfn üçün güzəştlər istəyirlər...
                                                                                                        20-ci əsrin əsas Qərb starteqlərindən olan Zbiqnev Bzejinski Azərbaycan haqqında qeyd edirdi ki, “kiçik əraziyə və əhalinin sayının az olmasına baxmayaraq özünün enrji potensialı ilə və geosiyasi planda əhəmiyyətli yerə malikdir. Bu içində Xəzər və Orta Asiya regionu zənginliyinin cəm olduğu şüşə qabın tıxacdır (probka)”. Avropa gesotrateji tədqiqatlarında isə Azərbaycan “dünyanın ən böyük körpüsü”, qətələrarası, böyük gesoiyasi coğrafi vahidlərin kəsişmə nöqtəsi, böyül yolayırıcı kimi nəzərdən keçirilir. Tarixən Şərq-Qərb kommunikasiyalarının mərkəzi həlqəsi olan Azərbaycana hazırkı yanaşmada da əsas etibarı ilə bu gerçəklikdən irəli gəlir. Daha vacibi Azərbaycan bütün regionun taleyinə bilavasitə təsir postensialına malikdir. İranda 40 milyondan çox soydaşımız yaşayır, tarixən İran siyasəti Təbrizdən gələn impulslarla müəyyənləşib. Rusiyaya gəldikdə isə Şimal qonşumuzun cənub cinahından təhlükəsizliyi xeyli dərəcədə Azərbaycanla əlaqəlidir. Hitler Almaniyasının Cənubi Qafqaz planlarını və Çeçenistan müharibələrini yada salmaq kifayətidr. Difər tərəfdən Çar Rusiyasında, SSRİ-də müsəlman əhalinin maarifi, inkişafı, milli dirçəlişi proseslərində Azərbaycan həmişə lider, ideoloji oriyentr rolunu oynayıb. Rusiya-Türkiyə münasibətlərində Azərbaycan hər zaman əsas strateji əhəmiyyətə maik olub. Azərbaycan istər Ermənistan, istərsə də Gürcüstana həm daxili siyasi proseslərdə, həm də xarici siyasət məsələlərində, iqtisadi inkişafada çox böyük təsir imkanlarına malikdir. Bu cür geostrateji əhəmiyyətə və potensiala malik Azərbaycan həm də son əlli ildə ilk dəfə ABŞ və Avropanın iradəsindən kənar ittifaqlar quraraq, hərbi-diplomatik gedişlərlə hərbi savaşa girdi, qalib gəldi və itirilmiş ərazilərini geri qaytardı. Hətta müxtəlif sövdələşmələrlə qismən neytrallığını qoruyan Moskvanı belə bır sıra məqamlarda fakt qarşısında qoydu, ruslar belə yaranmış yeni reallığı qəbul emtək məcburiyyətində qaldı. Azərbaycanla bağlı proseslərdə ABŞ və Fransanın iradəsindən kənar Böyük Britaniya, Türkiyə, Pakistan, İsrailin bir araya gəlməsi, Ukrayna, İtaliya, Belarusun, türkdilli ölkələrin dəstəyini almağa nail olması Vaşinqton və Parisdə onların qobal maraqları baxımdan pis presedent kimi qəbul edilir. O zaman Atatürk Türkiyəsinin Britaniya ilə mübarizdə uğurları uzaq perspektivdə necə qlobal güc balansını dəyişdisə, 44 günlük Vətən Müharibəsində Azərbaycanın qalib gəlməsi bununla müqayisə oluna bilər.
Bu proseslərdə Türkiyənin ABŞ və Avropanın iradəsindən kənar Cənibi Qafqaza nüfuz etməsi və Rusiyanın da Ankara ilə ittifaqa getmək məcburiyyətində qalması da Vaşinqton və Paris üçün yeni çağışlar deməkdir. Ən vacibi isə bütün bu proseslərdə Böyük Britaniyanın Avropa İttifaqından çıxdıqdan sonra ilk böyük geosiyasi qələbə qazanması Vaşinqton və Paris, Moskva üçün düşündürücü məsələdir. Minsk Qrupu həmsədrlərinn Şuşaya getməkdən çəkinməsinin gerçək səbəbi budur. Vaşinqton, Paris və Moskva öz reputasiyalarını qorumağa çalışır və bu proseslərdə uduzmaqlarının kompensasiyasını əldə etməyə cəhd göstərirlər.
Hər üçün ölkə üçün hazırda əsas məsələ Azərbaycan-Türkiyə tandemi və Qarabağ müharbəsi ətarafında qurulan ittifaq da daxil onların maraqlarının nəzərə alınmasıdır. Görünür hələ bu məsələlərlə bağlı uzun müddət diplomatik mübarizə davam edəcək. Ankara və London ittifaqı, Bakının bu ittifaqda yer alması Vaşinqton və Parisi, Moskvanı əvvəlki təsir imkanlarından məhrum edib. İndiki məqamda onlar bilavasitə və dolayı yollarla əvvəlki təsir rıçaqlarını bərpa etməyə çalışırlar. Bunlardan biri də Minsk qrupudur. Əlbətdə ki, 44 günlük müharibədən sonra Minsk qrupunun da məğlub ediliyini gözəl başa düşürlər. Sadəcə bunun etirafı üçün məsrəf tələb edirlər, dəfn üçün güzəştlər istəyirlər...

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI