08:41 - Azərbaycan Polisi 107 yaşında
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
22:59 - Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi AÇIQLANDI
17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
MİNGƏÇEVİRİN ZİYALI GƏLƏCƏYİ, PARLAQ SABAHDAN KEÇİR
15 iyun-Milli Qurtuluş gününü hər il ölkəmizdə yüksək əhval-ruhiyyə ilə qeyd edilir. Bu gün Dövlət və millətimiz uğrunda canını fəda edən, milli qurtuluş günlərini bizə bəxş edən vətənpərvər şəxsiyyətin ailəsində dünyaya göz açan istedadlı pianoçudan söhbət açacayıq.. Hələ SSRİnin dövründə Ali Sovet Rəyasət Heyətinin qərarına əsasən, Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 30dan çox orden və medallar, fəxri fərmanlar, hədsiz mukafatlar ilə dəyərləndirilmiş, uzun illər Mingəçevir şəhər Mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışmış İDRİS MƏMMƏDOVUN xatirəsini əziz tuturuq. Ruhu şad olsun. Vəfatından bir neçə il əvvəl 10.11.2008ci il ölkə Prezidentimiz İlham Əliyevin cərəncamı ilə İDRİS müəllim Azerbaycan respublikasının "Əməkdar incəsənət işcisi"- fəxri adına layiq görülmüşdür. İdris Məmmədovu Ölkəmizin hər yerində mərd, fədakar, xeyirxah, sözünün sahibi, necə deyərlər KİŞİ ADAM kimi tanıyırlar. Əlbətdə belə bir şəxsiyyətin ailəsində mayası mədəniyyət, tərbiyəsi incəsənətlə yoğrulan, gələcəyə nikbin baxan hər tərəfli inkişaf etmiş gənclər böyüyür. Bunlardan biri də öz istedadı ilə bir çoxlarının rəğbətini qazanmış bu günkü
müsahibimiz Mingəçevir şəhər Üzeyir Hacıbəyov adına 11illik musiqi məktəbin, f-no şöbəsinin 5inci sinif şagirdi Ziya Azəroğlu Məmmədovdur.
Yaşıdlarından fərqli olaraq istedadlı pianoçu həm təhsil ocağında, həm idman sahəsində sözün əsil mənasında özünü sınamış bir gəncdir. Ziya Azəroğlunun pozitiv həyat eşgi böyüyüb boya-başa catdığı İDRİS ocağından və ziyalı ailənin şəfəqindən nurlanır. Kiçik yaşlarına baxmayaraq böyük istedada malik genc pianoçu mükəmməl ifaları ilə Dünya Ana və Uşaq IB.nin diqqətini çəkmişdir. Repertuarında F.Şopen, Bethoven, A.Mozart, Ü.Hacıbəyov, Q.Qarayev, M. Maqamayev, F.Amirov, E.Mansurov və digər dünya şöhrətli bəstəkarların yaradıcılığından çox məharətlə ifa etdiyi əsərlər DA&UIB.nin nümayəndə heyəti tərəfindən böyük ruh yüksəkliyi ilə dinlənildi..
Ziya dediyinə görə bu uğurlara Ü.Hacıbəyov adına musiqi məktəbinin direktoru Vüsal Məmmədov başda olmaqla, f-no şöbə müdiri İntizar Tağıyeva, müəlliməsi Səidə Şıxəliyeva və eyni zamanda öz səyi nəticəsində yiyələnib... Bir-birindən gözəl etüdlər, sonatalar, simfonyalar Ifa etdikcə məsuliyyətdən doğan həyəcanını qizlədə bilməyən istedadlı pianoçu, bizi təəcübləndirdi.. F-noda ifa etmək əslində onun "xobbisi" olduğunu qeyd etdi. Məyər arzusu, orta məktəbi bitirdikdən sonra sənədlərini üçüncü qrupa vermək, yəni DİPLOMAT olmaq və Atası Azər İdrisoğlunun yolunu davam etdirməkdir. Regionlarımızda belə gənclərin yetişməsi ilə qürur duyuruq..
Biz də öz növbəmizdə DA&U IB.nin rəhbərliyi adından istedadlı pianoçuya bu ciddi və məsuliyyətli yolda uğurlar arzu edirik..və Ziya Azəroğlunun ifa etdiyi video çarxı sizə təqdim edirik.
Kompozitor-Musa Mirzəyev
İfa edir - Ziya Azər oğlu..
DA&UIB.nin sədr müavini:
N.Muradova.