Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Məmur rüşvət alarkən yaxalandı - VİDEO

Məmur rüşvət alarkən yaxalandı - VİDEO
8-07-2021, 10:31 1 508 dəfə baxılıb

Məmur rüşvət alarkən yaxalandı - VİDEO

DogruXeber.az: - Çox da uzaq olmayan keçmişimizdə mətbuatda belə bir xəbər yayıldı ki, Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov vəzifəsindən azad olunub.

Səbəbi də o idi ki, sən demə Namiq Zeynalov rayonda rüşvətxorluqla məşğul imiş.

Namiq Zeynalov vəzifəsindən azad edildikdən sonra məlum oldu ki, Cəlilabad rayonunda Mərkəzi xəstəxana, rayon Təhsil Şöbəsi, və digər bir sıra dövlət idarələri İcra başçısına aylıq hesab ödəyirmiş.

Deyə bilərsiniz təhsilin, səhiyyənin İcra Hakimiyyətinə nə dəxli var?!

Haqlısınız.

Bax bunu biz də bilmirik. Amma, ortada görünən fakt budur ki, dəxli olmasa da İcra başçıları bir yolunu tapmağı bacarırlar.

Hələ bu günlərdə Cəlilabad rayon bələdiyyə sədri İlham Babayevin də rüşvət almasını əks etdirən videogörüntülər yayımlanıb. Özü də Cəlilabad sakinlərinin bildirdiyinə görə bu proses illərdir ki, davam edir. Hətta, bəzi saytların yazdığına görə bələdiyyə sədri İlham Babayev keçmiş İcra başçısı Namiq Zeynalovun göstərişi ilə "seçilib". Təbii ki, haqqında bu qədər korrupsiya faktları aşkarlanan Namiq Zeynalov bu işi "sağol"a etməyib. Yəqin ki, "umacağ"ı olub.



O qədər "xərc çəkib vəzifə alan" İlham Babayevi rüşvət almasına görə" qınamaq da olmur" bəzən. Adam "mayası"nı çıxarmaq istəyir. Bir də ki, marağı olmasaydı o qədər xərc çəkib niyə Bələdiyyə sədri "seçilsin" ki?!

Vəzifəyə məqsədli şəkildə, şəxsi maraqları üçün, rüşvət yolu ilə gələn İlham Babayev kimi məmurlar "kreslo"ya oturan kimi başlayırlar yeyib-talamağa. Yerlərini isitməyə belə səbrləri dözmür. Yerli sakinlər deyir ki, İlham Babayev vəzifəyə gələndən Namiq Zeynalov ilə əlbir olub rayonun yüz hektarlarla torpaq sahələrini qanunsuz yollarla satıb, pulunu mənimsəyib.

Bundan əlavə sosial mediada yayılan məlumatlara görə İlham Babayev bir dəfə İnzibati Xətalar Məcəlləsinin 247.1 (torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) və 516-1.2-ci (qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddələri ilə İlham Babayevin barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib.

Lakin, təəssüflər olsun ki, nəticə barədə heç bir məlumata rast gəlmədik.

Əslində, nəticə göz qabağındadır. Elə bu yayılan videogörüntünülərə baxanda nəticənin necə olduğu bəlli olur.

Şübhə yoxdur ki, İlham Babayev vəzifəyə hansı yolla gəlibsə, o yolla da əlində saxlamağı bacarır.

Varlığa nə darlıq ?!...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI