VETENİM-AZERBAYCANDIR.AZ
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ürəkdən gələn arzularımı qəbul edin.
Yorulmaz səyləriniz və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan sosial sabitliyinin, iqtisadi davamlılığının və beynəlxalq nüfuzunun möhkəmləndirilməsində heyrətamiz uğurlar əldə edib. Sizin müdrik rəhbərliyinizlə ölkə irimiqyaslı layihələr həyata keçirərək və xalqın rifahını yaxşılaşdıraraq inamla irəli addımlayır.
Qazaxıstan ilə Azərbaycan arasında çoxəsrlik dostluğa və qarşılıqlı dəstəyə əsaslanan strateji tərəfdaşlığın dərinləşdirilməsinə böyük töhfənizi yüksək qiymətləndirirəm.
Ölkələrimiz sıx qarşılıqlı fəaliyyətin daha da inkişafı üçün böyük potensiala malikdir. Əminəm ki, biz birgə səylərimizlə nailiyyətlərimizi artıracaq və Qazaxıstan-Azərbaycan çoxşaxəli dövlətlərarası əlaqələrini məhsuldar əməkdaşlığın yeni səviyyəsinə yüksəldəcəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ailənizə firavanlıq və qardaş Azərbaycanın mənafeyi naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".
***17:37
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının dünya proseslərinin fəal iştirakçılarından birinə çevrildiyini məmnunluqla qeyd edirəm.
Dünyada ən böyük tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ilk dəfə olaraq qardaş ölkədə keçirilməsi və yüksək səviyyədə təşkil edilməsi faktı bizi sevindirir.
Əminəm ki, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə böyük müvəffəqiyyətlər arzulayıram.
Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edirəm".
***17:22
Xorvatiya Prezidenti Zoran Milanoviç Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, cansağlığı, şəxsi həyatınızda və ali dövləti fəaliyyətinizdə çoxlu uğurlar arzulayıram.
Əminəm ki, bizim dost ölkələrimiz bundan sonra da ümumi əlaqələrimizin yaxşılaşdırılmasına və əməkdaşlığın yeni formalarının tapılmasına çalışacaq. Ölkələrimizin malik olduğu iqtisadi imkanlar daha yaxşı və daha məzmunlu əməkdaşlığı təşviq edə bilər.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***17:10
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu, dəyərli Qardaşım.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Sizi Azərbaycan Respublikasının hərtərəfli inkişafına, ölkənin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasına, əhalinin rifahının yüksəldilməsinə, eləcə də beynəlxalq arenada dövlətinizin nüfuzunun möhkəmləndirilməsinə həsr olunmuş misilsiz xidmətlər göstərən görkəmli dövlət və siyasət xadimi, xalqınızın əsl vətənpərvər və fədakar övladı kimi tanıyır, Sizə yüksək hörmət bəsləyirik.
Ölkənizin bütün prioritet sahələrdə əldə etdiyi mühüm nailiyyətlər Azərbaycanın əsas maraqlarına cavab verən, onun böyük məqsəd və hədəflərini tam əks etdirən uzaqgörən və səmərəli siyasətinizin parlaq nəticəsidir.
Biz Özbəkistan ilə Azərbaycan arasında qədimdən mövcud olan tarixi dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə, çoxtərəfli və uzunmüddətli qarşılıqlı münasibətlərin genişləndirilməsinə verdiyiniz böyük töhfəni yüksək qiymətləndiririk.
Xüsusilə son illərdə Sizinlə aramızda olan qardaşlıq və həmrəylik münasibətlərinin daha da gücləndiyini, yüksək səviyyəli daimi dialoqların və qarşılıqlı səfərlərin fəallaşdığını böyük məmnuniyyətlə qeyd etmək istəyirəm.
Hörmətli Prezident, Zati-aliləri.
Əminəm ki, birgə səylərimiz nəticəsində ölkələrimiz arasında qarşılıqlı etimad, bir-birini dəstəkləmək ruhunda qurulan strateji tərəfdaşlıq münasibətləri dost xalqlarımızın ümumi inkişafı naminə daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Əziz qardaşım, Sizi həyatınızın bu yaddaqalan və sevincli günü münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, Uca Allahdan Sizə və ailə üzvlərinizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, xalqınızın rifahı naminə həyata keçirdiyiniz yüksək məsuliyyətli fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq, davamlı yüksəliş və rifah arzulayıram".
***
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
məktubda deyilir:
"Zati-aliləri.
İcazə verin Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim. Sizə möhkəm cansağlığı, əmin-amalıq və uğurlar arzulayıram.
Azərbaycan Respublikasının inkişafında və rifahında Sizin xidmətiniz əvəzolunmazdır.
Eyni zamanda, Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın güclənməsində Sizin şəxsi töhfələrinizi minnətdarlıq hissi ilə qeyd etmək istərdim.
Şadam ki, ölkələrimiz arasında mövcud olan ənənəvi möhkəm dostluğumuz və strateji tərəfdaşlığımız bütün sahələrdə uğurla inkişaf edir. İnanıram ki, çoxşaxəli və qarşılıqlı faydalı əlaqələrimizi ölkələrimizin və regionun rifahı naminə gələcəkdə də uğurla davam etdirəcəyik.
Zati-aliləri, Sizi bir daha səmimi-qəlbdən təbrik edir və Sizə ən dərin ehtiramımı ifadə edirəm".
***16:53
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
mətndə deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un Baş Katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Zati-alinizin yürütdüyü müdrik və sülhsevər siyasət nəticəsində Azərbaycan Respublikası davamlı surətdə inkişaf edir, dünya ölkələri arasında tutduğu layiqli yerini daha da möhkəmləndirir.
Türk dünyasının aparıcı ölkələrindən biri olan qardaş Azərbaycanın zəngin mədəni irsinin TÜRKSOY təşkilatı vasitəsilə dünyada tanıdılması istiqamətində aparılan işlərə verdiyiniz daimi dəstək bizi daha da ruhlandırır.
Əmin ola bilərsiniz ki, Azərbaycan və TÜRKSOY arasında mövcud olan mədəni əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edəcək, üzv ölkələrimizdə və dünyanın müxtəlif ölkələrində həyata keçirəcəyimiz tədbirlərlə Türk xalqları arasında mədəni inteqrasiyanın və həmrəyliyin daha da genişləndirilməsinə öz töhfəsini verəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir,
Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".