Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Həmid Cəfərov kimi şəxsiyyətlərlə mütəmadi görüşlər keçirilməlidir​

Həmid Cəfərov kimi şəxsiyyətlərlə mütəmadi görüşlər keçirilməlidir​
1-11-2024, 21:15 162 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Rəhbəri olduğum "VİP" Mərkəzinin xətti ilə, Ulu Öndərin 101-ci ildönümü çərçivəsində, 24.10.1882-ci il tarixdə dünyaya gələn və bu il 142 yaşı qeyd olunan tanınmış Azərbaycan şairi, yazıçı və dramaturq, milli ədəbiyyatımızda romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidə həsr olunan, 25.10.2024-cü il tarixdə Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində təşkil etdiyim "Repressiya qurbanlarına Heydər Əliyev qayğısı; Hüseyn Cavıdı anırıq" adlı tədbir uğurla baş tutdu. Tədbirin əsas qəhrəmanı isə, Heydər Əliyevin tapşırığı ilə, uzaq Sibirin İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndinin məzarlığında uyuyan şairin nəşinin doğma Vətənə gətirilməsi üçün yaradılan komissiyayasədrlik edən, Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin büro və plenum üzvü, İdeoloji iş üzrə Vilayət Partiya Komitəsinin katibi olmuş dəyərli polkovnikimiz Həmid Cəfərov idi.
  Tədbirdən əvvəl Ulu Öndərin əziz xatirəsi yad edildi, abidəsi önünə gül-çiçəklər qoyuldu. Daha sonra tədbir iştirakçıları foto-sərgi ilə; burada H.Cəfərovun dahi şəxsiyyətlərə həsr etdiyi, özünün şəxsən yaratdığı foto-albomlarla, arxiv sənədləri ilə tanış oldular.  Azərbaycanın möhtəşəm himni səsləndikdən sonra, Azad və Bütöv Azərbaycan naminə, tarix boyu canlarını qurban verən Şəhidlərimizin, tarixdə görünməmiş bir ZƏFƏRə imza atan və bu, Anım günlərində yad edilən Qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. (Ruhları şad olsun Cənətməkan Şəhidlərimizin!).  Həmid müəllimi yaxından tanıyan, dostları olan qonaqlar onun haqqında ürək sözərini söylədikdən sonra, Ulu Öndərə və Hüseyn Cavidə həsr olunan film nümayiş olundu. Daha sonra söz H.Əliyevin tapşırığını şərəf və böyük məsuliyyət hissi ilə həyata keçirən Həmid Cəfərova verildi. Xatirələr yada düşdü, ötən günlərin ağrı-acılı anları vərəqləndi...
 Həmid müəllimə ünvanlanan suallar bir-birindən maraqlı oldu. Diskussiya şəraitində davam edən tədbirdə hər bir iştirakçı fikrini söyləmək imkanı əldə etdi. Şəhid ailələrinin aktiv iştirakı tədbiri daha da gözəlləşdirdi, mənalandırdı.  Səslənən ünvanlı şeirlər tədbirə xüsusi rəng qatdı...   Sonda xatirə şəkilləri çəkildi...* Mən, ilk növbədə, Həmid Cəfərov kimi bir şəxsiyyətlə (tədbirlərin birində) biz dostları tanış edən, "belə bir canı tarixdən, şahiddən yazın, tədbirlər keçirin..." deyən dəyərli dostumuz, çox hörmətli həmkarım, Beynəlxalq Sülh Səfiri, İctimai xadim, ”Dövlət və Qanun” qəzetinin Baş redaktoru, bir çox Dövlət mükafatlarının sahibi Yasəmən xanım Möhübbətqızına təşəkkürümü bildirirəm. Və çox şadam ki, məhz onun sayəsində Həmid müəllim kimi CANLI TARİXi daha yaxından tanıdım. 
Ümid edirəm ki, Sumqayıt Dövlət Universitetində olduğu kimi (SDU-nun rektoru Rüfət Əzizova, prorektor ElmarXəlilova xüsusi təşəkkürlər), Heydər Əliyev Mərkəzində də təşkil etdiyim tədbir bütün qonaqların, iştirakçıların ürəyincə olub.
Dəvətimi qəbul edib tədbirə gələn bütün dəyərli İnsanlara; başda Şəhid ailələri olmaqla, müəssisə və təşkilat rəhbərlərinə, iş adamlarına, QHT rəhbərlərinə, qələm əhlinə, dostlara, həmkarım olan media nümayəndələrinə... - bütün Cavidsevərlərə, həmçinin üzürlü səbəbdən tədbirdə iştirak edə bilməyəcəyini söyləyib üzrxahlıq edənlərə, tədbirdə iştirak edə bilməyib nümayəndəsini göndərənlərə TƏŞƏKKÜR EDİRƏM!
Hər kəsə: "Gələn ayaqlarınız, gözəl qəlbiniz, sevən ürəyiniz VAR olsun!" - deyirəm.
Doğma şəhərimiz Sumqayıtın 75 illiyi ərəfəsində, (məhz ŞƏHƏR GÜNÜ baş tutan) belə bir tədbirin həyata keçməsinə razılıq verən Mədəniyyət naziri Adil Kərimliyə, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Ramil bəyə, hər zaman dəstəyini əsirgəməyən rəis müavini Həsrət Sabirliyə, Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanovaya öz dərin TƏŞƏKKÜRümü bildirirəm! Həmçinin Mərkəzin əməkdaşı, səs rejissoru Vüqar bəyə, həmkarım foto-müxbir, peşəkar operator Əli Əliyevə  minnətdaram.
Günün qəhrəmanı, sadəliyi və səmimiliyi ilə seçilən, böyük ürək sahibi, həddən artıq duyğusal olan dəyərli ziyalımız, şərəfli ömür yolu hər birimiz üçün “Boyük məktəb” olan əsl İNSAN - polkovnik Həmid Cəfərova, ailəsi ilə birlikdə, Uca Allahdan cansağlığı, uzun ömür diləyir, "Hələ görüləcək işlərimiz çoxdur, YENİDƏN GÖRÜŞƏNƏDƏK! Özünüzü mütləq qoruyun, Həmid müəllim!" deyirəm.Fürsətdın istifadə edib, gündən-günə gözəlləşən QƏHRƏMANLAR ŞƏHƏRİ Sumqayıtın təəssübkeşi olan, şəhərin inkişaf tarixində əvəzsiz xidməti ilə seçilən, hər kəsin hörmət və sevgisini qazanan Şəhər rəhbəri Zakir Fərəcova, sumqayıtlılara göstərdiyi diqqət və qayğıya, yaratdığı gözəl şəraitə görə, "ÇOX SAĞ OLUN!" deyir, sağlam ömür, məsuliyyətli işində uğurlar diləyirəm!Bütün Sumqayıtlıları, Sumqayıtsevərləri, şəhərin 75 illik Yubileyi münasibəti ilə bağlı, qabaqcadan ürəkdən təbrik edir, ən xoş arzularımı bildirirəm.İnanıram ki, təşkilatımızın xətti ilə, bundan sonra da bir çox uğurlu layihələrə imza atacağıq! Aygün Hacıyeva, 
"VİP" Mərkəzizin təsisçisi və B/direktoru,
AJB, AYB və AAB-nin üzvü,
jurnalist, yazıçı-publisist.
 
 Vətənim Azərbaycandır.az

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI