Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

 “VİP” Mərkəzinin  növbəti tədbiri Sumqayıt Dövlət Universitetində keçirildi

 “VİP” Mərkəzinin  növbəti tədbiri Sumqayıt Dövlət Universitetində keçirildi
30-05-2024, 22:38 193 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

29.05.2024-cü il tarixdə Sumqayıt Dövlət Univetsitetinin Akt zalında, “VİP” Mərkəzinin təşkilatçılığı ilə, “Repressiya qurbanlarına Heydər Əliyev qayğısı; Hüseyn Cavidi anırıq"adlı tədbir keçirildi. Tədbirdən əvvəl iştirakçılar foyedə təşkil olunan, Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunansərgi ilə tanış oldular.

     
    Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra, Azərbaycanın azadlığı, müstəqilliyi, bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.         Tədbiri giriş sözü ilə açan, SDU-nun “Sosial məsələlər və İctimaiyyətlə əlaqələr” üzrə prorektoru, dosent Elmar Xəlilov qeyd etdi ki, “gəncliyin, xüsusilə onun avanqardı olan tələbələrin, müasir dövlətçiliyimizin banisi olan Heydər Əliyevi daha yaxından tanıması üçün, belə tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Böyük siyasət və dövlət xadimləri dövlətçilik ənənələrini ancaq bərqərar etmir, onun əbədiliyində həlledici rol oynayan gəncliyin mütərəqqi ideya daşıyıcısına çevrilməsinə çalışırlar”. E.Xəlilov belə bir tədbirin bu mənada təqdirəlayiqolduğunu vurğuladı.

          İdeologiyaların fundamental rolundan danışan E.Xəlilov, yaradıcılığında azərbaycançılıqla bərabər, bəşəri dəyərləri təbliğ edən Hüseyn Cavidin nəşinin doğulduğu Naxçıvan torpağına gətirilərək orada dəfn edilməsinin mənəvi çəkisini xüsusi qeyd etdi. Daha sonra, E.Xəlilov tədbiri aparmaq üçün sözü tədbirin təşkilatçısı, "Video-İnterneyşnl Prodüser” Mərkəzinin təsisçisi və B/direktoru, “Günəşli Sabah” qəzetinin təsisçisi və B/redaktoru, “Yolumuzu gözləyin” hərbi-vətənpərvərlik verilişinin layihə rəhbəri və aparıcısı, AJB, AYB və AAB-nin üzvü, jurnalist, yazıçı-publisist Aygün Hacıyevaya verdi. 
A.Hacıyeva, göstərilən diqqətə və yaradılan şəraitə görə, SDU-nun rektoru Rüfət Əzizova öz dərin təşəkkürünü bildirdi. O, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü çərçivəsində, həyata keçirilən tədbirin mahiyyətindən danışaraq, Ulu Öndərin bütün sahələr kimi, ədəbiyyatımıza və mədəniyyətimizə göstərdiyi diqqət və qayğını xüsusi vurğuladı. O, qeyd etdi ki, “Heydər Əliyev hər zaman ədəbiyyatımızda özünəməxsus dəsti-xətti olan, repressiya qurbanlarına çevrilmiş mütəfəkkirləri diqqətdə saxlamışdı. Belə repressiya qurbanlarından biri də Azərbaycanın görkəmli filosof-şairi, dramaturq Hüseyn Cavid olub. 1982-ci ildə Hüseyn Cavidin nəşinin Sibirdən gətirilərək doğma vətənində dəfn edilməsi,mənəvi bəraət alması, ev-muzeyinin təşkili, yubileylərinin dövlət səviyyəsində qeyd olunması və s. Ulu Öndərin təkcə şairə deyil, bütün Azərbaycan ədəbiyyatına və bədii-ictimai fikrinə ehtiramının təcəssümü idi”.

Qeyd olundu ki, Heydər Əliyevin göstərişindən sonra,1982-ci il oktyabrın 12-də Naxçıvan  Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının  Azərbaycana gətirilməsi ilə bağlı tarixi bir qərar qəbul etdi və  belə bir şərəfli işin icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi, komissiyanın sədri Həmid Cəfərova həvalə olundu.Hadisələri özündə əks etdirən videoçarxın nümayişindən sönra söz polkovnik Həmid Cəfərova verildi.

 H.Əliyev şəxsiyyətindən söz açan Həmid Cəfərov ötən günləri xatırlayaraq bildirdi ki, “41 il öncə, 1982-ci ilin oktyabrın 26-da Hüseyn Cavid doğma Azərbaycanına qovuşdu. Görkəmli siyasi xadim Heydər Əliyevin  təşəbbüsü, xeyir-duası, qayğısı ilə uzaq Sibirin əlçatmaz yerlərindən Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan Cavidin cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi, ədəbi mühitimizdə əlamətdar bir tarix, uğurlu və cəsarətli bir addımın məntiqi nəticəsi kimi,  böyük ictimai-siyasi hadisə oldu”.Daha sonra, mövzu ilə bağlı,  İctimai xadim, Beynəlxalq Sülh Səfiri, “Dövlət və Qanun” qəzetinin B/redaktoru, AYB-nin üzvü Yasəmən Möhübbətqızı; “Ağrıdağ” Cəmiyyətinin sədri, N.Nərimanov rayon Ağsaqqallar Şurasının sədr müavini Kamil Babayev; AYB-də “Multikultural məsələlər” üzrə məsul şəxs, “Mədəni İnkişafın Təbliği” İB-nin sədri, “mitmedia.az” saytının təsisçisi və rəhbəri, şair Xatirə Fərəcli; Hərbi Dəniz Donanması Hospitalının əməkdaşı, N.Nərimanov rayon Ağsaqqallar Şurasının üzvü Zülfiyyə İsmayılova; “vetenim-azerbaycandir.az” və “öndertv.orq” saytlarının rəhbəri, peşəkar jurnalist Kamran Orucov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdəki fəaliyyətindən, atdığı uğurlu addımlardan danışdılar. 

Heydər Əliyevin ədəbiyyatımızla bağlı fikirləri də xatırlandı: “Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir”.
SDU-nun Elmi kitabxanasının müdiri Nailə Əmrahovaçıxış edərək, belə tədbirlərin, görüşlərin gənclərin maariflənməsi istiqamətindəki əhəmiyyətdən danışdı və gələn qonaqlara öz təşəkkürünü bildirdi.
“VİP” Mərkəzinin rəhbəri Aygün Hacıyeva tədbirin yüksək səviyyədə keçməsinə şərait yaradan və diqqət göstərən şəxslərə; SDU-nun rektoru R.Əzizova, prorektor E.Xəlilova, prorektor köməkçisi Şükür Əliyevə, Tələbə Həmkarlar Təşkilatının rəhbəri Elmin Novruzluya, həmçinin zəhməti keçən hər kəsə dərin minnətdarlığını bildirdi, başda rəhbərlikolmaqla, müəllim və tələbə kollektivinə gələcək addımlarında uğurlar dilədi. 
Tədbirin sonunda komissiyanın üzvü, Daxili İşlər nazirinin sabiq müavini, polis polkovniki Telman Əliyevin H.Əliyevə və H.Cavidə həsr etdiyi mahnılar səsləndi.
Tədbir şəkillərin çəkilməsi ilə yaddaşlara həkk olundu...

vetenim-azerbaycandır.az

 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI