Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

SOCAR-ın prezidenti "Subsea7" şirkətinin baş icraçı direktoru ilə görüşüb

SOCAR-ın prezidenti "Subsea7" şirkətinin baş icraçı direktoru ilə görüşüb
23-10-2024, 17:50 158 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "Subsea7" şirkətinin baş icraçı direktoru Con Evans ilə görüşüb.
Görüşdə ötən dövr ərzində "Subsea7" şirkəti tərəfindən ölkəmizdə uğurla həyata keçirilən layihələr barədə məlumat verilib və yeni layihələr üzrə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Söhbət zamanı "Subsea7" şirkətinə məxsus yeni texnologiyaların Xəzər dənizin Azərbaycan sektorunda tətbiqinin yeni layihələrə qata biləcəyi dəyərlər barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Qalereya




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI