Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

COP29 sədrliyi ABŞ-da iqlimlə bağlı maliyyələşmə məsələlərini müzakirə edib

COP29 sədrliyi ABŞ-da iqlimlə bağlı maliyyələşmə məsələlərini müzakirə edib
28-09-2024, 19:08 100 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Bu ilin noyabr ayında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev ABŞ-ın Nyu-York şəhərində iqlimlə bağlı maliyyələşmə məsələlərini müzakirə edib.
bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında bildirilir.
Məlumata görə, müzakirələr İqlim Həftəsi çərçivəsində, COP28-in prezidenti və Birləşmiş Ərəb Əmirliklərinin İqlim üzrə Nümayəndəsi Sultan Əhməd Əl Caberin iştirakı ilə baş tutub. Tərəflər COP29-a hazırlıq üzrə yol xəritəsini nəzərdən keçirib.
Görüşdə COP28-in nəticələrinə əsaslanaraq, prioritetlərin uyğunlaşdırılması, iqlim maliyyəsi, dayanıqlıq və davamlılıq məqsədləri üzrə qlobal səviyyədə iddialı iqlim tədbirləri və əhəmiyyətli irəliləyişlərə nail olunması da müzakirə olunub.



ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI