Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan qadınları həm ictimai, həm də siyasi proseslərdə hər zaman fəal olmuşdur.

Azərbaycan qadınları həm ictimai, həm də siyasi proseslərdə hər zaman fəal olmuşdur.
23-09-2024, 13:22 423 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

​​​​Görkəmli dövlət,elm,mədəniyyət sahəsində minlərlə sayılıb seçilən qadınlarımız var.Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu artmışdır.Ümumilli liderimiz Heydər Əliyev qadınların cəmiyyətdəki rolunu yüksək dəyərləndirmiş və bu siyasət bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ugurla davam etdirilir.Bu gün qadınlarımız təkcə respublikamızda deyil,ölkəmizin hüdudlarından kənarda da tanınır,beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edir.Buna Heydər ƏliyevFondunun Prezidenti ,ölkəmizin birinci xanımı Mehriban Əliyevaya YUNESKO- nun və İSESKO-nun xoşməramlı səfiri adı verilməsi ən bariz nümunədir.
Ulu öndərimiz Heydər Əliyev qadının  cəmiyyətdə rolunu və fəaliyyətini çox yüksək qiymətləndirərək deyirdi:"Qadın bəşərə yaraşıq ,zinət,insanlıga şərəfdir.Qadın ucalıq,ülvilik məbədidir,ismət,qeyrət ,qüdrət rəmzidir"
Cəmiyyətmizdə özünəməxsus yer tutmuş Azərbaycan qadınının milli-mənəvi dəyərləri çox yüksəkdir.Azərbaycan qadını qadın adını həmişə uca tutmuş ,Vətənin təcəssümü sayılmışdır.
18 sentyabr 2024 cü ildə 1 il müddətinə Azərbaycan "Elmdə Qadın və Qızların Dünya Paytaxtı "elan edilməsi elm sahəsində çalışan qadınlarımıza verilən ən qiymətli dəyərdir.
Qeyd edim ki, Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb liseyin müəllim kollektivinin əksəriyyətini qadınlar təşkil edir.Bu elm ocagı böyük oftolmoloq ,səhiyyə sahəsində xüsusi yer tutmuş Zərifə  xanım Əliyevanın adını hər zaman uca tutaraq cəmiyyətə yararlı gənclər yetişdirir.Məktəbimizin Əliyeva Nigar,Agazàdə Günel ,Əskərova Nuranə,Güləmirli Aysu Şirinova Gülər və başqa qızlarımızın adını böyük fəxrlə çəkərdim.Bu ilin məzunu Güləmirli Səma qızımız 618 bal toplayaraq Qarabag Universitetinin hüquq fakültəsini seçmişdir.

Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb liseyin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Cəmiyeva Sədaqət Əskər qızı

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI