Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

MSK sədri: "Seçki ilə bağlı hazırlıq prosesində bütün tədbirlər qanunauyğun həyata keçirilib"

MSK sədri: "Seçki ilə bağlı hazırlıq prosesində bütün tədbirlər qanunauyğun həyata keçirilib"
31-08-2024, 23:25 90 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Növbədənkənar parlament seçkisi ilə bağlı hazırlıq prosesində bütün tədbirlər qanunauyğun, plana müvafiq həyata keçirilib.
bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, 6 milyon 421 min 960 nəfər seçici var.
MSK sədri bildirib ki, Azərbaycanda parlament seçkisi ilə əlaqədar 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onların 6 min 343-ü daimi, 135-i müvəqqətidir.
M.Pənahov əlavə edib ki, 135 müvəqqəti seçki məntəqəsi ilə daimi məntəqələrin müşahidəçilik baxımından heç bir fərqi yoxdur:
"Qeydiyyatdan keçən müşahidəçilər daimi və müvəqqəti ayrılığı olmadan, bütün seçki məntəqələrində müşahidə apara bilərlər. Bunun üçün sadəcə, qapalı müəssisələrin özünün daxili qaydalarına tabe olmaq lazımdır. Bu onların daxili nizam-intizamıdır".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI