VETENİM-AZERBAYCANDIR.AZ
lşad Seyidzadə
___________________________Elə insanlar var ki, onlar haqqında düşünəndə özündən asılı olmayaraq ürəyin işıqla dolur. Bu şəxslərin çöhrəsindəki ziyadan qəlbinə pay düşür. Elə bu qəbil insanların ümumi nişanəsinə çevrilmiş ziyalı kəlməsi də öz sirrini, mənasını bu məqamdan açmağa başlayır.
Ziyalılıq bir vəzifə deyil, taledir. Bu taleyi heç kəs özü seçmir. Tutduğu yol,yaşadığı həyat,başqalarının münasibəti insanın ziyalı taleyini müəyyənləşdirir.
Antik yunan filosofu Platon yazırdı ki, kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir.Ədalətə,haqqa,qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən həqiqətən də insanlığı səciyyələndirən,onu dünyanın ən ali varlığına, zinətinə çevirən ülvi keyfiyyət sayılıb.Yaşadığı zaman və məkandan asılı olmayaraq daxilindəki işığa doğru üz tutan,ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib-seçiliblər.Parlaq şəxsiyyətləri,yüksək mənəvi idealları ilə tanınan belə ziyalı şəxsiyyətlərin həyat amalı,ilk növbədə,onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapıb.
"Xidmət-İş" Hİ Federasiyasının prezidenti,AHİK sədrinin birinci müavini,işgüzar və akademik keyfiyyətləri,yüksək erudisiyası ilə seçilən İlyas Əliyev,məhz bu tip kateqoriyaya aid insanlardandır.
İnsan doğulduğu mühitin övladıdır;onun sonrakı həyat mərhələrindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır,məzmun səciyyəsi almağa meyillənir.
Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.
Çünki insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində,sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.
İlyas müəllim həmçinin,sözün əsl mənasında ömrün ən dəyərli anlarını doğurdan da əsl insan,əsl şəxsiyyət olmaq üçün yaşayıb desək səhv etmərik.
Onun daxili aləminin portretini cızarkən,doğurdan da əsl insana xas bütün xüsusiyyət və məziyyətlərin bu cizgilərdə necə də əks olunduğu,ən xırda detal və ştrixlərin dəyərli ziyalı İlyas Əliyevin daxili aləminin ən dərin qatından baş qaldırdığının,cilalanıb sahibinə əsl qiymətin verilməsi üçün necə də təşnələnməsinin şahid olursan.
Doğurdan da insana onun layiq olduğu dəyəri verəndə,həmin dəyərin çəkisinin ağırlığı, əqiqindən nə qədər çox baha və ağır gəldiyini görürsən.
İlyas Əliyev də,respublikada dəyərinin və sanbalının çəkisi çox ağır gələn nümunəvi ictimai xadimlərdən, bacarıqlı həmkarlar ittifaqı rəhbərlərindən,əsl işgüzar insanlardandır.Onun günümüzə qədərki cəmiyyət həyatı,ictimai sfera və əmək fəaliyyətinə nəzər salsaq, zəngin və rəngarəng panoramanın şahidi olarıq.
Vətən, xalq və dövlət qarşısandakı xidmətlərinin silsilə şəklində artan dinamik inkişaf mərhələsi,bu insanın layiqli vətəndaş statusu qazanmasına bir daha müsbət stimul verən amillər sırasındandır.
İlyas müəllimin geniş və spesifik əmək fəaliyyətini sıralasaq, olduqca zəngin həyat peyzajının mükəmməl çalarlarını görə bilərik; beləki, «Azərkəndtəsərrüfattexnika»-da fəhlə kimi əmək fəaliyyətinə başlayan İlyas Əliyev, daha sonralar müxtəlif vəzifələrdə çalışmağa müvəffəq ola bilir.1986-cı ildə o,D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu(indiki UNES) bitirsə də,lakin 1981-ci ildən həmkarlar ittifaqı orqanlarında çalışmağa başlamış,təlimatçı-müfəttiş vəzifəsindən Ticarət və İstehlak Kooperasiyası İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə kimi yüksələ bilir.
2000-ci ildə isə bir neçə sahə həmkarlar ittifaqlarının birləşməsi nəticəsində yaranmış «Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyasının prezidenti seçilir.
İlyas müəllim,1996-cı ildə AHİK sədrinin müavini, 1998-ci ildə isə birinci müavin seçilir.
O, həmçinin Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının,AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvü kimi də bu sahədə bütün səy, bacarığını göstərən kadrlardandır.
İlyas Əliyev bu illər ərzində,Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə ölkənin «Tərəqqi» medalı, 3-cü dərəcəli «Vətənə xidmətə görə» medalı, həmçinin «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalına layiq görülmüşdür.
Bunlarla paralel,bir sıra beynəlxalq həmkarlar ittifaqlarının medalları ilə təltif edilmişdir.
Bütün bu akademik göstəricilər,işgüzar,potensial,kreativ,ictimai düşüncəyə malik bir insanın, ölkənin həmkarlar ittifaqı kimi mühüm sahəsində tutduğu prinspial mövqeyi, düz,səlis,aydın,ürəkaçan fəaliyyəti ilə müşahidə ediləndir.
İnsan doğurdan da əməlləri ilə tanınır,sevilir,hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur,vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.
İnanırıq,dəyərli,işgüzar insan İlyas Əliyev,bundan sonrakı bütün fəaliyyətində uğurlu imzaları ilə yadda qalacaq,daha mükəmməl ictimai proqramları üçün yaradıcı və qurucu zəka nümayiş etdirəcək.