Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Əliyev Vüqar Afis oğlu (Xəzan)

Əliyev Vüqar Afis oğlu (Xəzan)
29-06-2024, 01:01 207 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Mingəçevir şəhərində dünyaya göz açıb, ali təhsillidir, Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakultəsini bitirib. Şeirə, poeziyaya maraq tələbəlik illərindən özünü biruzə verib. Bu üzdən Allahdan verilən vergini dəyərləndirib, "Xəzan" təxəllüsiylə seirlərini qələmə alıb. Ailəlidir, 1 övladı var.

••••••••••••••••••
Gözlərin.

Xəzan küləyində mənzərəyə bax, Küsgün baxışlarla baxan gözlərin. Sevginlə qəlbimi yandıraraq yax, Şimşək tək gurlayır çaxan gözlərin.

Balaca uşaq tək məsum gülüşün, Dəcəldi sevgində çılğın öpüşün. Payız saçlarında hər görünüşün, Dəliyə döndərib yıxan gözlərin.

Ruhumuz ekizdi duya bilirsən?

Adını qəlbimə qoya bilirsən. Sevgi xəstəliyini yaya bilirsən, Eşqin şirəsidi axan gözlərin.



••••••••••••••••


ŞƏHİDLƏR ÖLMƏZ

Güllənin səsindən bezardı çox can, Qorxudan, təlaşdan süzülür yaşlar. Hüzünlü olsa da, bil Azərbaycan, Düşmənə igidlər yağdırıb daşlar.

Qorxmayıb ölkəmiz qanlı ölümdən, Geriyə çəkilməz çətin zülümdən. Şəhidlər fəxrimiz düşməz dilimdən, Öldürüb yağını qoparıb başlar.

Hamıya səbirli günlər diləyək, Əlimiz göylər də dua eliyək. "Amin"kəlməsini birgə söyləyək, Ölməzdir şəhidlər, ölməz qardaşlar!



••••••••••••••••••


Payız qoxulu.

Köksündə bitirim xəzan yarpağı, Ən gözəl sevgilər payız qoxulu. Canlandır sevginlə eşqin torpağı, Mürgülə sevgimdə olaq yuxulu.

Sən yağış damcısı mənsə xəzanam, Sevginə cığıram yol tək uzanam. Payız sevincini özüm qazanam, Ən gözəl fəslimin sənsən nağılı.

Payız gözəllikdi, yarpaq xışıltı, Könül sevgisiylə hisslər pıçıltı. Kürən saçlarında payız parıltı, Məst edir saçların alır ağılı.

Payız küləyində öpüşlər sərin, Şıltaq sevgimizdə olum sərsərin. Süzülür ləbindən narın kövsərin, Çayımın şirini,şəkər-noğulu.

Vüqar Xəzan.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI