AZƏRBAYCANLI MƏKTƏBLİLƏR AZOT I BEYNƏLXALQ ZƏKA OYUNLARI YARIŞINDA QALİBLƏR SIRASINDA
24-06-2024, 00:07
149 dəfə baxılıb
VETENİM-AZERBAYCANDIR.AZ
Ulu öndər Heydər Əliyev çıxışlarının birində “Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun.” demişdir. Bu müdrük sözlər gənclərimizin təhsilinə, onların vətəndaş kimi Azərbaycan adını daim ucalarda tutmağın önəminin nə qədər vacib olduğunu göstərir.
Bu amalla bizlərdə Azərbaycanımızın müxtəlif bölgələrindən olan məktəblilərlə birlikdə yola çıxıb, vətənimizin adını zirvələrə yazdırdıq.
Türkiyə respublikasının Akıl Zeka Oyunları Topluluğu (AZOT) və Enigma akademiyası Azərbaycandakı “Zəka oyunları mərkəzi” ilə birlikdə 2024-cü il yanvar ayından başlayaraq bir ilkə imza atdılar. 5 ay boyunca hər həftənin şənbə günləri uşaqlar üçün ödənişsiz online “Zəka oyunlari dərsləri” təşkil edildi. May ayında yekunlaşan layihədə Azərbaycanın bir çox bölgələrindən uşaqların iştirakı ilə maraqlı anlara şahidlik etdik. Bakı, Sumqayıt, Mingəçevir, Saatlı, Sabirabad, İsmayıllı, Gəncə, Tovuz, Beyləqan, Şabran, Laçın, Cəbrayıl və s. bölgələrimizdən aktiv qatılan kifayət qədər şagirdlərimiz var idi.
Layihə boyu hər dərs Türkiyənin müxtəlif bölgələrindən zəka oyunları üzrə kifayət qədər təcrübəli mütəxəsis müəllimlər dərs keçirdi.
“Zəka oyunu saatı” layihəsinin Türkiyə üzrə rəhbəri və təşkilatçısı, AZOT zəka oyunları mərkəzinin rəhbəri Oktay Uzunağac, Enigma zəka oyunları akademiyasının rəhbəri Selçuk Acun idi. Azərbaycan üzrə isə layihəyə “Zəka oyunları Azərbaycan” mərkəzinin təsisçisi və rəhbəri Xəyalə Nuşirəvanova rəhbərlik edirdi.
Layihə sonunda Türkiyədə keçiriləcək AZOT birinci beynəlxalq zəka oyunları yarşına 62 nəfər müxtəlif məktəblərdən olan şagirdimiz iştirak hüququ qazanmışdır.
May ayının 26-da keçirilən AZOT I beynəlxalq zəka oyunları yarışında müxtəlif ölkənin məktəbliləri iştirak edirdi. Azərbaycanlı məktəblilər bu yarışda ilk dəfə iştirak etməsinə baxmayaraq, yüksək nəticə göstərib, adlarını qaliblər sırasına yazdırıblar. Beləki,Murad Qurbanlı 4-cü siniflər arasında dünya birincisi, Banı Mustafalı 3-cü siniflər arasında dünya ikincisi olub. Bundan başqa Səma Mirişzadə, Rüqəyya Sevdimova, Gülay Məmmədova, Zenfira Məmmədova kürsünün ən yüksək pilləsində öz yerlərini tutaraq, ən yüksək balla (100 bal/100 bal) Azərbaycan adını zirvədə saxlayıblar. Qaliblər sırasını Leyli Nəsirli (95/100), Nərmin Əliyeva (95/100), Zəhra Muradlı (87/100), Sadiq Abduləliyev (82/100), Röyal Musayev (81/100) və s. müxtəlif bölgələrimizdən olan şagirdlərimiz davam etdirib.
Qaliblərin təltif etmə mərasimi keçirilib və onlara “Başarı belgesi”, “Katılım belgesi” və “Təşəkkürnamə” təqdim edilib. 11 medalçımız öz medallarına qovuşmaq qüruru yaşayıb.
Təltif etmə mərasimində Norveçin Osloşəhərindəki Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin kordinatoru Günay Əliyeva, prezdent təqaüdçüsü, uşaq yazarı Gülizar İbrahimova, VETENIMAZERBAYCANDIR.AZ informasiya portalının baş redaktoru Kamran Orucov, Tovuz dövlət peşə təhsil mərkəzinin drektor müavini Sərxan Musayev, “Green Start Academy”nin icraçı drektoru Aysel Rəsulzadə, 281 nömrəli məktəbin drektor müavini Aqşin Becanlı, “Azərbaycan valideyn-müəllim assosiasiyası” ictimai birliyin drektor müavini Aybəniz Mahmudova və “Güvən dayə” mərkəzinin rəhbəri Sara Şavaqatova, və s. kimi dəyərli qonaqlar iştirak etmişdir.
Qonaqlar öz sözlərində qalibləri təbrik edib, onlara bundan sonraki təhsil həyatlarında əllərindən gələn köməklikləri edəcəklərini bildirdilər. Günay Əliyeva Osloda yaşayan azərbaycanlı uşaqlarında bu yarışlarda iştirakı üçün əlindən gələni edəcəyini bildirərək, dünyanın harasında oluruqsaq olaq hər birimizin bir qayəsi var Azərbaycan adını uca tutmaq olmalıdır deyə qeyd elədi.
İnformasiya portalının rəhbəri Kamran Orucov “VETENİMAZERBAYCANDIR.AZ” redaksiyasının adından Azərbaycanı qürurla təmsil etdiklərinə görəyarışda iştirak edən hər bir məktəbliyə təşəkkürnamə təqdim edərək, sevincini onlarla bölüşdü.
Uşaqların sevimlisi Gülizar İbrahomovanıngörüşdə olması xüsusi bir rəng qatmışdı tədbirə. Bu sevinc hər bir uşağın simasında öz əksini tapmışdır. Özünə məxsus şəkildə uşaqları təbrik edən Gülizar xanım, imzalı kitabları və “Qızıl açar” diplomu ilə qaliblərin sevincinə sevinc qatdı.
Sonda bu işdə bizimlə birlikdə addımlayan və bizə inanan bütün valideynlərə, öz köməyi ilə uşaqlara dəstək verən Zenfira Abduləliyeva və Gülanə Abbasova müəllimlərə təşəkkür edir, daha böyük uğurlara birlikdə imza ataq deyirəm.
Tədbir xatirə şəkilləri çəkdirilməklə yekunlaşdı.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<