Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Polkovnik-leytenanta yüksək VƏZİFƏ VERİLDİ

Polkovnik-leytenanta yüksək VƏZİFƏ VERİLDİ
18-06-2024, 21:52 173 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Ədliyyə Nazirliyində kadr dəyişiklikləri davam edir.
bu günlərdə nazirliyin Penitensiar xidmətində növbəti kadr dəyişikliyi olub.
Belə ki, ədliyyə naziri Fərid Əhmədovun əmri ilə ədliyyə polkovnik-leytenantı Rauf Nəbiyev Penitensiar xidmətin Umbakı penitensiar kompleksinin rəisi təyin olunub. Bu təyinata qədər o, həmin müəssisədə əməliyyat-rejim işləri üzrə müavin vəzifəsində işləyib.
Qeyd edək ki, Rauf Səhrab oğlu Nəbiyev 1972-ci ildə Bakıda anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr, 1999-cu ildə isə həmin fakültənin magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
Rauf Nəbiyev 2000-ci ildən ədliyyə orqanlarında xidmət edir. O, müxtəlif tipli cəzaçəkmə müəssisələrində işləyib. 2017-ci ildən Qobustan həbsxanası və Umbakı penitensiar müəssisəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb. Ailəlidir, 3 övladı var.
Xatırladaq ki, bundan öncə Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi vəzifəsinə təyinat olub. Ədliyyə nazirinin müvafiq əmri ilə bu vəzifəyə Elşad Məmmədli təyin edilib.
Bundan başqa, ədliyyə nazirinin digər əmri ilə Vüqar Ağayev Probasiya xidmətinin rəisi təyin edilib.
Nazirliyin Mətbuat Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası isə Ləman Hüseynzadəyə həvalə edilib.
Nazirliyin kadr idarəsinin rəisi, ədliyyə generalı Rauf Məmmədəli oğlu Məhərrəmov da vəzifədən azad olunub. Xatırladaq ki, o, Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun qardaşıdır.
Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsinə isə Fariz Eldar oğlu Şirinov yeni rəis təyin edilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI