Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Milli qurtuluşun açdığı yolla gələcəyə doğru...

Milli qurtuluşun açdığı yolla gələcəyə doğru...
12-06-2024, 23:52 323 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Xaçmazda 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş "Milli Qurtuluşun açdığı yolla böyük gələcəyə" adlı tədbir keçirildi.

İyun 12 Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayon sektorunun və Quba-Xaçmaz Regional Gənclərin İnkişafı və Karyera Mərkəzinin Xaçmaz rayon bölməsinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş "Milli Qurtuluşun açdığı yolla böyük gələcəyə" adlı tədbir keçirildi.

Tədbirdə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşı, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayon sektorunun və Quba-Xaçmaz Regional Gənclərin İnkişafı və Karyera Mərkəzinin  Xaçmaz rayon bölməsinin direktorları, Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatının Xaçmaz rayon Komitəsinin sədri, Xaçmaz Peşə Liseyinin rəhbəri, Şəhid anası, Xaçmaz Reablitasiya Mərkəzinin əməkdaşları və orada müalicə alan vətəndaşlar, mədəniyyət işçiləri,gənclər və digər qonaqlar iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub, Ümumilli lider və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən natiqlər 15 İyun tarixinin yaranması haqqında geniş və ətraflı məlumat verərək bildiriblərki, məhz 1993-cü ilin iyun ayında Ümumilli lider Heydər Əliyev xalqın təkidli- tələbi ilə hakimiyyətə gəlməsəydi Azərbaycanın bir dövlət kimi mövcudiyyəti sual altında idi.Onun gəlişi ilə ölkədə sabitlik bərqərar olundu və Azərbaycan yenidən quruldu və müstəqilliyimiz möhkəmləndi.

Tədbirin bədii hissəsində şeirlər səsləndirilib və rayonumuzun tanınmış mügənnisi Nurlan Namazovun ifaları ilə davam etdirilib. 
 Bakı şəhərindən gələn qonağlardan olan Aysel xanım (Reablitasiya Mərkəzində müalicə alan) maraqlı ifaları ilə tədbirə rəng qataraq,  iştirakçılara xoş ovqat bəxş etdi.

Tədbir iştirakçıları sonda Xaçmaz  Peşə Liseyinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriıdı. Gülxar Rəhimli,
Xaçmaz.
"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI