Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

00:07 - AZƏRBAYCANLI MƏKTƏBLİLƏR AZOT I BEYNƏLXALQ ZƏKA OYUNLARI YARIŞINDA QALİBLƏR SIRASINDA

23:52 - Azərbaycan güləşçiləri Polşada keçirilən beynəlxalq turnirdə 3 medal qazanıb

15:41 - Bu gün Bülbülün doğum günüdür

15:39 - Azərbaycan avarçəkəni Avropa çempionu olub

15:36 - Prezident: Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir

15:30 - Azərbaycan neftinin qiyməti 88 dolları ötüb

15:27 - Prezident İlham Əliyev “Euronews”a müsahibə verib - FOTO

13:02 - Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib - YENİLƏNİB 3

13:01 - Zəngilanda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda yüksək səviyyəli görüş davam edir - FOTO

12:55 - Dövlət Vergi Xidmətində yeni təyinat olub

12:47 - Prezident sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərin və onun mətninin təşəbbüskarının Azərbaycan olduğunu Blinkenin diqqətinə çatdırıb

02:45 - Prezident: Kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli COP29 sədrliyimizin gündəliyində duran prioritet məsələlərdən olacaq

02:39 - Prezident: Azərbaycan planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir

02:33 - Azərbaycanlı idmançı Avropa birinciliyinin qalibi olub - FOTO

02:30 - Prezident: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zaman ərzində yüksək nüfuz və etimad qazanıb"

İlham Əliyev və Mehriban Əliyeva "Crescent Mall" ticarət mərkəzinin açılışında iştirak ediblər

İlham Əliyev və Mehriban Əliyeva "Crescent Mall" ticarət mərkəzinin açılışında iştirak ediblər
27-05-2024, 17:16 78 dəfə baxılıb


VETENİM-AZERBAYCANDIR.AZ



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də Bakıda "Crescent Bay" layihəsinin təqdimatı və "Crescent Mall" ticarət mərkəzinin açılışında iştirak ediblər.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, "Pasha Property Management" şirkətinin baş icraçı direktoru Elçin Qədimov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya "Crescent Bay" layihəsi barədə məlumat verib.

Sonra dövlətimizin başçısı və birinci xanım "Crescent Mall" ticarət mərkəzinin açılışında iştirak ediblər. "Pasha Malls Group" şirkətinin baş icraçı direktoru Yaman Şahin ticarət mərkəzində yaradılan şərait barədə məlumat verib.
"Crescent Mall" ticarət mərkəzi ənənənin innovasiyalarla qovuşduğu bir məkan kimi Bakının müasir və dinamik inkişafını əks etdirir. 115 min kvadratmetr sahədə alış-veriş, əyləncə və istirahətin təklif edildiyi məkanda 5 mərtəbəli müasir texnologiyalarla inşa edilən bina, 3 mərtəbəli 1193 parkinq yeri, açıq havada yerləşən terras və restoran, həmçinin Azərbaycanda ilk dəfə fəaliyyət göstərəcək musiqili fontan yer alıb.
Ticarət mərkəzində 107 geyim, qastronomiya, sağlamlıq, uşaq əyləncə mərkəzləri və digər mağazalar var. Bura gələn qonaqlar vaxtlarını səmərəli keçirə biləcəklər. "Crescent Mall"da alıcılara böyüklər və uşaqlar üçün geniş çeşiddə geyimlər, ev avadanlıqları və digər məhsullar təklif olunur.
Mərkəzdə 2400-ə yaxın işçi fəaliyyət göstərəcək.
Ticarət mərkəzinin açıq restoranlara qalxan hissəsində çoxmərtəbəli sütunda ölkəmizin mədəni irsinə istinad edən milli elementlərdən ibarət incəsənət nümunəsi həkk edilib. Rəsm əsərində təsvir edilən və sanki orta əsrin milli xalçalarından birbaşa sütuna köçmüş nar rəsmləri dünya, həyat və birlik simvoludur. Açan güllər və quşlar ilə zaman dinamikasında bir araya gələn "Həyat Ağacı" isə sürətlə inkişaf edən, ənənələrimizə sadiq qalaraq gələcəyə doğru inamla hərəkət edən, birlik və azadlıq rəmzini özündə təcəssüm etdirən Azərbaycan xalqını ifadə edir.
Bundan başqa "Crescent Mall"da SPA, gözəllik və fitnes mərkəzləri də qonaqların xidmətində olacaq.
Qeyd olunub ki, ən müasir texnologiyalarla inşa edilən ticarət mərkəzində rəqəmsallaşan dünyanın yeni trendlərinə uyğun olaraq süni intellektlə fəaliyyət göstərən məlumat bələdçisi xidməti də var. Burada fəaliyyət göstərən brendlər haqqında ətraflı məlumat verəcək bələdçi, həmçinin istiqamət göstərəcək və xidmətlərlə bağlı sorğuları cavablandıracaq. Bununla da qonaqların ticarət mərkəzi daxilində hərəkəti asanlaşacaq. Məlumat bələdçisi 140 dildə yazılı, Azərbaycan, İngilis və Rus dillərində isə şifahi məlumatlar verə bilir.
Süni intellektin tətbiqi ilə ticarət mərkəzində müasir və dünyəvi trendlər tarixi və mədəni dəyərlərimizlə də əlaqələndirilib. Bu məqsədlə girişdə qonaqları qarşılayan süni intellektli robot "Leyli" adlandırılıb. Süni intellekt məlumat bələdçisi "Leyli" dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasından müdriklik və gözəllik rəmzi olan "Leyli"ni simvolizə edir.
"Crescent Mall" ticarət mərkəzi kimi obyektlərin istifadəyə verilməsi ölkəmizin iqtisadi potensialını və vətəndaşlara xidmətin yüksək səviyyədə təşkilini nümayiş etdirir. Bundan başqa, ticarət mərkəzi dünyanın ən gözəl və müasir şəhərlərindən biri olan Bakının memarlığı, müasirliyi ilə harmoniya təşkil edərək paytaxtımızı daha da gözəlləşdirir.
13:33
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də Bakıda "Crescent Bay" layihəsinin təqdimatı və "Crescent Mall" ticarət mərkəzinin açılışında iştirak ediblər.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI