Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Seyx Əbdul Mahmudov 80

Seyx Əbdul Mahmudov  80
14-05-2024, 23:13 380 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında , Azərbaycan kinorejissoru, ssenarist və aktyoru, Azərbaycan Respublikasının xalq artisti, Əbdül Mahmudovun 80 illik yubileyi ilə  bagl, tədbir təşkil olunmuşdur.İlk öncə xalq artisti Seyx Əbdul Mahmudovun  67 illik kino yaradcllığı ilə film təqdim olundu. Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasının direktoru Nərmin xanım Xəlilova gələn qonaqları salamlayaraq, 80 yaşı olması ilə bağlı Seyx Əbdül Mahmudovu təbrik etdi. Daha sonra “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək ictimai birliyinin prezidenti Tofiq Əli-zadə yubilyarı təbrik edərək bildirdi ki, Azərbaycann kino mədəniyyətinin və inkişafnn tarixi cox zəngindir. Son 100 ildə Azərbaycanının görkəmli kino rejisorlarndan Əlisəttar Atakisiyev, Həsən Seyidbəyli, Hüseyn Seyidzadə, Agarza Quliyev, Lətif Səfərov, Rza Təhmasib, Ədil İskəndərov, Əjdər İbrahimov, Rasim Ocaqov, Arif Babayev, Tofiq Tagızadə, Eldar Quliyev, Ceyhun Mirzəyev və başqaları  Azərbaycan kinosunun inkişafnda cox böyük xidmətlər göstərmişlər. Son 50 ildə Azərbaycan kino rejisorları arasında Seyx  Əbdül Mahmudovun da  özünə məxsus yeri var. Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş vermişdir. Daha sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962–1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971–1973).
1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib. Bir ara kinostudiyanın nəzdindəki kinoaktyor teatrının bədii rəhbəri olub. 
Ömrünün 67 ilini Azərbaycan kinosuna həsr etmiş Əbdül müəllim
Qeyri-adi ov,Firəngiz  Ömür-gün sevdası  (tammetrajlı bədii film)Şəhərlərin dostluğu (film, 1978) (qısametrajlı sənədli film) Qanlı zəmi (film, 1985) (tammetrajlı bədii film) Gecə qatarında qətl (film, 1990) (tammetrajlı bədii film) və başqa filmlərin müəəlifidir Daha sonra cıxış edənlərdən xalq artistləri Rafiq Əzimov, xalq artisti Xalidə Üuliyeva xalq artisti Seyx Əbdüllə  birgə cəkildikləri  filmlərdən xatirələr danışdılar.Sonra şəhid anası 78 yaşlı Dürnisə Əliyeva,  “Carcı” jurnalınn baş redaktoru Gülnarə Əmirquliyeva, “Vətənim Azərbaycandır “ saytının  baş redaktoru  Kamran Orucov,sairlər Məhərrəm Məhərrəmov, Dilguşə Gülümcan və başqaları cıxşlar zamanı  görkəmli rejisora can saglığı dilədilər.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI