Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub

Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub
13-04-2024, 09:14 45 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ 


Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti bildirib.
“İkimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 27 kvadratmetr olan birotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 12 kvadratmetr sahədə yanıb”, - deyə məlumatda diqqətə çatdırılıb.
Qeyd olunub ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən iki nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub:
“Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI