11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
22:59 - Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi AÇIQLANDI
Fərid Şəfiyev: ABŞ-Avropa İttifaqı-Ermənistan görüşü haçalanmış fikirlərdən başqa heç nə gətirməyəcək – ŞƏRH
VETENİM-AZERBAYCANDIR.AZ
Bu fikri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
ABŞ Dövlət katibi Antoni Blinken aprelin 3-də Amerika tərəfinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında bildirib ki, aprelin 5-nə planlaşdırılan ABŞ–Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşü əsasən iqtisadi məsələlərə həsr olunub və Bakıya qarşı yönəlməyib.
Fərid Şəfiyevin sözlərinə görə, görüşdə yalnız iqtisadi və humanitar məsələlərin müzakirə ediləcəyi tezisinə inanmaq bir qədər çətindir.
“Aydındır ki, hətta hansısa rəsmi kommunikedə bu qeyd olunmasa belə, təhlükəsizlik məsələləri və regional vəziyyətlə bağlı məsələlər bu və ya digər şəkildə müzakirə olunacaq. Məlumdur ki, indi ABŞ-ın və Avropa İttifaqının strateji hədəfləri Ermənistanın Qərbə doğru yan almasına nail olmaqdan ibarətdir və onlar buna müəyyən taktiki addımlarla yanaşacaqlar. Ermənistana gəldikdə isə təəssüf ki, son 30 ildə müşahidə etdiyimiz hər şey - bu ölkənin müstəqillik əldə etdiyi andan Rusiya ilə eyni ittifaqlara üzv olmaq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) - bütün bunlar Azərbaycana qarşı alət kimi istifadə etmək məqsədilə edilirdi və prinsip etibarilə, açıq şəkildə istifadə olunurdu. Xatırladım ki, bu gün Ermənistanın KTMT-yə irəli sürdüyü iddialar məhz KTMT-nin və ya Rusiyanın nə üçün Azərbaycanla döyüşməməsi ilə bağlıdır. Ona görə də, Qərb institutlarına doğru indiki yanalma kursu artıq açıq-aydın şəkildə Azərbaycana qarşı alət kimi istifadə olunur”, - deyə agentliyin həmsöhbəti bildirib və əlavə edib ki, əgər bu, hansısa daxili ehtiyaclar, daxili islahatlar üçün edilsəydi, bu, Ermənistanın daxili işi olardı.
Ümumiyyətlə, ekspert hesab edir ki, aprelin 5-də keçiriləcək görüşlə bağlı çoxlu suallar var.
“Əgər görüşün elan edilmiş humanitar tərkibindən danışırıqsa və əgər onlar - Qərb institutları Cənubi Qafqazda əməkdaşlıq və təhlükəsizlik mühiti yaratmaq istəyirlərsə, o zaman gündəmdə mina təhlükəsi və Ermənistanın Azərbaycana vurduğu ziyan, o cümlədən iqtisadi zərərlərlə bağlı məsələnin olmaması çox pis haldır. Bütün bunlar bu və ya digər formada, aprelin 5-də keçirilən görüşdə də olmasa, bu görüşdən əvvəl açıqlanacaq şərhlərdə əks olunmalı idi və ya heç olmasa, Azərbaycanla da belə bir mövzuda dialoq aparılmalı idi. Bunların heç biri yoxdur və buna görə də aprelin 5-də keçiriləcək görüş haçalanmış fikirlərdən başqa heç nə gətirməyəcək. Hamıya aydın olmalıdır ki, Azərbaycan olmadan Cənubi Qafqazda nə əməkdaşlıq, nə də hərtərəfli təhlükəsizlik təmin oluna bilməz”, - deyə BMTM İdarə Heyətinin sədri vurğulayıb.