Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Xocalıda ailə üzvləri itkin düşən QHT sədri: "İnanıram ki, tezliklə övladlarımın gözü yollardan yığılacaq"

Xocalıda ailə üzvləri itkin düşən QHT sədri: "İnanıram ki, tezliklə övladlarımın gözü yollardan yığılacaq"
2-04-2024, 12:32 172 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Xəbər verdiyimiz kimi, Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanıb.
Daha sonra şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin dəfn mərasimi keçirilib. Soyqırım qurbanları Xocalıda yeni salınan Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Həmin mərasimdə "Soyqırım Həqiqətlərinin Tanıdılması" İctimai Birliyinin sədr müavini Ayşən Fəxrəddinqızı da iştirak edib. Bu barədə Metbuat.az-a açıqlama verən Ayşən Fəxrəddinqızı bildirib ki, həmin anda keçirdiyi hissləri sözlə ifadə etməyə çətinlik çəkir:



“Mən dəfn mərasimində həm də Xocalıdan olan Şəhid Milli Qəhrəman Tofiq Hüseynovun ailə üzvü olaraq iştirak etdim. Tofiq Hüseynov Xocalı özünümüdafiə taborunun komandiri olub. O, Xocalı Soyqırımı zamanı bir çox dinc sakini təhlükəsiz əraziyə çıxarıb, son nəfəsinə qədər döyüşüb. Sonda ermənilərə təslim olmamaq üçün əl qumbarasını partladaraq özünü şəhid, 10-a yaxın ermənini də məhv edib. Qeyd edim ki, soyqırım gecəsi Tofiq Hüseynovun həyat yoldaşı Məxmər Ələkbərova, anası Minəş, atası Mirsiyab, qardaşı Bakir itkin düşüb və bu günə kimi onların taleyi haqqında bir məlumat yoxdur.
Mərasimdə Xocalı şəhidlərinin ailə üzvləri yaxınlarının qalıqlarının tapılaraq dəfn edilməsini tarixi hadisə, böyük təskinlik adlandırdılar. Onlar bildirdilər ki, məhz Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində bütün bunlara nail oldular”.

Ayşə Fəxrəddinqızı qeyd edib ki, bu gün Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, ordumuz və xalqımızın dövlət başçımızın ətrafında sıx birləşməsi sayəsində tarixi hadisələrə şahid oluruq:
“Biz çox xoşbəxtik ki, artıq azad Xocalımıza ayaq basırıq. İnanıram ki, tezliklə mənim övladlarımın gözü yollardan yığılacaq. Onların nənələri Məxmər Ələkbərovanın və bütün yaxınlarımızın nəşi də tapılaraq doğma yurdları Xocalıda dəfn olunacaqlar”
.










Şahid olduğunuz hadisələrin video

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI