01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Bakı Beynəlxalq Muğam Mərkəzində Məftun Səfərlinin "Muğama məftun olaq" adlı solo konserti görünməmiş müvəffəqiyyətlə keçdi.
29 mart 2024 tarixində Bakı Beynəlxalq Muğam Mərkəzində VIII Muğam Televiziya Müsabiqəsinin qaliblərindən biri, xanəndə Məftun Səfərlinin "Muğama məftun olaq" adlı solo konserti görünməmiş müvəffəqiyyətlə keçdi.Konsertin əvvəlində xanəndəni hazırlayan ustadı, müğənni, vokalist, xalq artisti Gülyanaq Məmmədova çıxış edərək tamaşaçıları Ramazan ayı münasibəti ilə təbrik etdi, konsertə şərait yaratdıqlarına görə Muğam Mərkəzinin rəhbərliyinə, ümumiyyətlə həmin Mərkəzin yaradılması, muğamın inkişaf etdirilməsi üçün dövlət rəhbərlərinə minnətdarlığını bildirdi. O, həmçinin qeyd etdi ki, bu axşam colo konsertlə çıxış etməyə cəsarət edən gənc xanəndə Məftun Səfərlinin bu təşəbbüsü təqdirə layiqdir və onun öz sənətkarlığına arxayın olduğunun parlaq nümunəsidir.
Doğrudan da gənc xanəndə təqribən iki saat ərzində fasiləsiz olaraq xalq, bəstəkar mahnılarını, muğam və təsnifləri elə məharətlə, elə şövqlə ifa etdi ki, onun çıxışı on dəfələrlə tamaşaçıların sürəkli alqışları ilə çulğaşaraq bütün zalda olanlara möhtəşəm, unudulmaz bir musiği ziyafəti bəxş etdi. Xanəndənin son ifası bitdiyində tamaşaçılar onu ayaq üstə bir neçə dəqiqə alqışlayaraq yola saldılar.
Məftun Səfərli Fail oğlu 1997ci il may ayının 15-də Şirvan şəhərində anadan olmuşdur. Müsiqi təhsilini əvəlcə Bülbül adına orta ixtisas musiqi məktəbində, ali təhsilini isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində almışdır.Məftun Səfərli Azerbaycan muğamını Yunanıstan, Türkiyə,Tayvan, Avstriya, İran, Rusiya, Ukrayna kimi ölkələrdə, həmçinin Moskva, London, Taypey kimi böyük şəhərlərdə uğurla təmsil etmişdir Onun ən böyük uğurları arasında 2022-ci ildə keçirilən Respublika Muğam Televiziya Müsabiqəsinin qaliblərindən biri olmasını daxil etmək olar. Həmin müsabiqədən bir il sonra Məftun Səfərli Beynəlxalq Muğam Müsabiqəsinin laureatı da olmuşdur.
Gənc xanəndə hal-Hazırda Bakı şəhərində yaşayır və müsiqi fəaliyyəti ilə məşquldur Onun "Tələb eylə", "Kor ərəbin mahnısı", "Zabul dəsgahı", "Şirvan şikəstəsi" və s. ifaları çox məşhurdur."Vətənim Azərbaycandır.az" Portalının Baş redaktoru, həmçinin pressa həmkarım və dostum #Kamran Orucov 'la birlikdə Portalın Baş redaktorunun müavini kimi hər ikimizə dəvətnamə göndərərək çəkilişə şərait yaratdığı üçün Muğam Mərkəzinin Baş Administraroru #Agdes Baghirzade xanıma xüsusi minnətdarlığımızı bildiririk!Konsertdən bir neçə canlı yayını Facebook səhifəmdən izləyə bilərsiniz. Konsertin atmosferini siz dostlarıma da çatdırmaq üçün konsertdən dərhal sonra iki saat ərzində 18 dəqiqəlik film-konsert hazırladım, YouTube və TikTok kanallaıma yüklədim, Facebook və "İncəsənət xalqa məxsusdur" səhifəmdə paylaşdım, buyurub baxa bilərsiniz.
İndi isə həmin tədbirdən hazırladığım foto-sessiyanı təqdim edirəm.