22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
DƏDƏ ƏLƏSGƏR İŞIĞINDA
VETENİM-AZERBAYCANDIR.AZ
■27 mart 2024 tarixində Beynəlxalq Muğam Mərkəzində söz ustadı Dədə (Aşıq) Ələsgərin doğum gününə həsr edilmiş "Dədə Ələsgərin işığında saz-söz axşamı"adlı tədbir keçirildi. Tədbiri geniş işıqlandırmaq üçün Vətənim Azərbaycandır.az Portalının Baş redaktoru, dostum #Kamran Orucov 'la birlikdə mən, Yutub-bloqqer, Sosial şəbəkələrdə publik şəxs və Portalın Baş redaktorunun müavini olaraq iştiral etdik.■
Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası ehtiyac üzündən böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 2 il Kərbəlayı Qurbanın həyətində nökərçilik edir.Uşaqlıq və yeniyetməlik illərini Ağkilsədə keçirən Aşıq Ələsgər xüsusi təhsil ala bilməmişdi. O, sənətin sirlərini kənd camaatının içində, el sənətkarlarının və ağsaqqallarının yanında öyrənmişdi. Güclü yaddaşı olduğundan eşitdiyi söhbətlərin hamısını hafizəsində saxlayar, sonra heç bir çətinlik çəkmədən başqalarına danışardı.1918–1919-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdur. İki ilə qədər Kəlbəcərdə qalmışdır. Bu yerlərdə aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçədə idi. Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıtmış, ömrünün son illərini doğma kəndində yaşamışdır.Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu kənddə vəfat etmiş, Ağkilsə qəbiristanlığında dəfn olmuşdur.Tədbirdə aparıcı və çıxış edənlər onun həyatı və yaradıcılığı haqqında geniş məlumat verdilər. Yaradıcılığı Aşıq Ələsgərlə əlaqədar olan bir neçə nəfərə eyniadlı medallar təqdim edildi.■Zal ağzına qədər dolu idi, əlavə stullar qoyulmuşdu. Küçədə xeyli adam yer probleminə görə zala daxil ola bilmədilər. Həmin tədbirdən Azərbaycanda və ölkədən kənarda olan fanatları qısaca da olsa məlumatlandırmaq üçün gecə ikən 26 dəqiqəlik film-konsert hazırlayıb Facebook və TikTok kanallarımda dərc etmişəm. İndi isə foto-sessiyanı və bu məqaləmi dərc edirəm.
■
KAMRAN ORUCOV, ETİBAR ƏLİYEV
28 mart 2024