20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
İtaliya qəzeti Vatikan-Azərbaycan əlaqələrindən yazıb
VETENİM-AZERBAYCANDIR.AZ
İtaliyanın katolik icmasına məxsus olan “Faro di Roma” qəzeti Azərbaycan ilə Müqəddəs Taxt-Tacın mədəniyyətlərarası və dostluq münasibətləri barədə məqalə dərc edib.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, yazıda Vatikanla Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğu bildirilir. Qeyd olunur ki, Prezident İlham Əliyev martın 13-də Tacqoyma Günü münasibətilə Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiski təbrik edib. Azərbaycan Prezidenti Roma Papasına ünvanladığı məktubda ölkəmizin Müqəddəs Taxt-Tacla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb, ölkələr arasında uzun illərdən bəri təşəkkül tapmış səmimi dialoq və qarşılıqlı anlaşmanın ümumbəşəri dəyərlərin qorunub saxlanmasına, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında həmrəyliyin bərqərar olmasına xidmət etdiyini bildirib.
Məqalədə Prezident İlham Əliyevin Azərbaycanın multikulturalizm və inklüzivlik ənənələrinə, dünyada dinlərarası və mədəniyyətlərarası qarşılıqlı anlaşmanın təşviqində roluna verdiyi yüksək qiymətə görə Papa Fransiskə təşəkkür etdiyi vurğulanır. Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda reallaşdırılan layihələrin mədəni irsin qorunmasına xidmət etdiyi və dinlərarası dialoqun inkişafına töhfəsini verdiyi qeyd olunur.
Bundan başqa, Azərbaycan yazıda mənəviyyat və dostluq hissinin dərin olduğu ölkə kimi göstərilir. Martın Azərbaycanda Novruz bayramının keçirildiyi ay olduğu, bu bayram ilə qış fəslinin bitməsi və yazın başlanmasının qeyd edildiyi bildirilir. Vurğulanır ki, Novruz yazın ilk gününün və gecə ilə gündüzün bərabərləşdiyi vaxtda qeyd edilən qədim bayramdır. Azərbaycanda Novruz bayramına hazırlıqlar bir aya yaxın davam edir. Novruzdan əvvəlki 4 çərşənbənin hər biri təbiət elementinə aiddir. Ardıcıl olaraq su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Novruz bayramı təbiətin yenidən oyanması, təmizlik və paklıq rəmzidir.
Məqalədə, həmçinin xalqımızın Novruz adət-ənənələrindən bəhs edilir. 2009-cu ildə Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyi və 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-nin Beynəlxalq Novruz Günü elan olunduğu xatırladılır.