Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İlham Əliyevin İtaliyaya səfəri bu ölkənin mətbuatının diqqət mərkəzində - Fotolar

İlham Əliyevin İtaliyaya səfəri bu ölkənin mətbuatının diqqət mərkəzində - Fotolar
4-09-2022, 18:22 245 dəfə baxılıb

Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri bu ölkənin çoxsaylı kütləvi informasiya vasitələrinin böyük marağına səbəb olub.
ÖNDERTV.ORG xəbər verir ki, səfər çərçivəsində keçirilmiş görüşlər, Prezident İlham Əliyevin Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzinin təşkil etdiyi beynəlxalq forumdakı çıxışı zamanı səsləndirdiyi fikirlər və yerli KİV-lərə açıqlamaları ilə bağlı İtaliya mətbuatında 100-dək məqalə, məlumat və videoreportaj yayımlanıb.
Qeyd edək ki, İtaliya KİV-ləri Azərbaycan Prezidentinin bu ölkəyə səfərindən öncə də səfərin əhəmiyyətinə və planlaşdırılan görüşlərin ikitərəfli əməkdaşlığın genişləndirilməsindəki önəminə geniş yer ayırıb.
Çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-İtaliya münasibətləri
Prezident İlham Əliyevin sentyabrın 1-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Baş nazir Mario Draqi ilə görüşlərinə dair İtaliyanın “RAI” televiziya kanalında gün ərzində reportajlar yayımlanıb. Reportajlarda bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyi, görüşlərdə çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunduğu bildirilib.
Prezident Sercio Mattarella və Baş nazir Mario Draqi ilə keçirilmiş görüşlərlə bağlı İtaliya Prezidentinin və Nazirlər Şurasının mətbuat xidmətlərinin məlumat və videoreportajları “La7”, “il Messaggero”, “il Sole 24 Ore”, “Affari Italiani”, AGI”, “Agenzia Nova”, “Libero Quotidiano”, “Borsa Italiana”, “Italpress”, “Italia Informa”, “Notize Yahoo”, “Tg cal24”, “La Sicilia”, “Mi-lorenteggio”, “Gazzetta di Parma”, “L'Edicola del Sud”, “Blog Sicilia”, “Audio press”, “Giornale Partite Iva” kimi mətbuat orqanları da daxil olmaqla çoxsaylı kütləvi informasiya vasitələrində yayımlanıb.
Materiallarda Azərbaycan Prezidentinin İtaliyaya səfərinin əhəmiyyəti təhlil olunub və səfərin iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığın daha da gücləndirilməsinə xidmət edəcəyi vurğulanıb.
İtaliya-Azərbaycan Universiteti - ikitərəfli münasibətlərdə yeni səhifə
Səfər çərçivəsində Prezident İlham Əliyevin Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin binasının açılışında iştirakı və İtaliya-Azərbaycan Universitetinin yaradılmasına dair imzalanmış sənədlərin mübadiləsi mərasimində söylədiyi fikirlərlə bağlı İtaliyanın aparıcı xəbər agentliklərindən olan “Askanews” tərəfindən hazırlanan və yayılan məlumatlar “Notize Yahoo”, “Notizie Accadero”, “Conquista del lavoro”, “Notizie Tiscali”, “Il Giornale d’Italia”, “Finance Yahoo”, “Agenzia Nova”, “Italpress” kimi mətbuat orqanlarında da dərc olunub.
Azərbaycan Prezidentinin çıxışı zamanı sənədlərin mübadiləsi mərasiminin Romanın tarixi məhəlləsində yerləşən səfirliyin yeni binasında keçirilən ilk tədbir olduğunu vurğuladığı, bu binada keçirilən ilk tədbir məhz təhsil sahəsinə aid olmasının İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi kimi qiymətləndirdiyi və iki ölkənin təhsil sahəsində genişmiqyaslı əməkdaşlığa başladığını qeyd etdiyi bildirilib. Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılması tarixi hadisə kimi qiymətləndirilib və bunun iki ölkənin dostluq əlaqələrinin mühüm nümunəsi olduğu vurğulanıb.
“il Sole 24 Ore” qəzeti isə İtaliya-Azərbaycan Universiteti ilə bağlı geniş məqalə dərc edib. Məqalədə Prezident İlham Əliyevin fikirlərinə xüsusi yer ayrılıb. Qeyd olunub ki, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsində Azərbaycanın ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlər mübadilə edilib. Prezident İlham Əliyevin İtaliya-Azərbaycan Universitetinin İtaliya-Azərbaycan dostluğu mərkəzi olacağına əminliyini ifadə etdiyi qeyd olunub.
İki ölkənin çox güclü siyasi-iqtisadi əlaqələr qurduğu, İtaliyanın Azərbaycanın birinci ticarət tərəfdaşı olduğu və ötən il qarşılıqlı ticarət dövriyyəsinin 9,6 milyard, cari ilin yeddi ayında isə 11 milyard dollara çatdığı bildirilib.
Prezident İlham Əliyev: TAP-ın sərmayədarları boru kəmərinin genişləndirilməsini müzakirə edirlər
İtaliyanın nüfuzlu qəzetləri və xəbər agentlikləri Prezident İlham Əliyevin sentyabrın 2-də Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzinin təşkil etdiyi “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda əsas qonaq qismində iştirakına və beynəlxalq tədbirin plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı səsləndirdiyi fikirlərə geniş yer ayırıb. “Adnkronos”, “Notize Yahoo”, “La Ragione”, “Finance Yahoo”, “MSN”, “il Sole 24 Ore”, “Finanza 24h”, “Ultime Notizie”, “Flamina&dintorni” kimi xəbər portallarında dərc olunan yazılarda Prezident İlham Əliyevin İtaliya ilə Azərbaycanın olduqca fəal siyasi dialoq qurduğunu, iqtisadi, enerji və təhsil sahəsində əlaqələrin inkişafını vurğuladığı bildirilib. Bir il yarım öncə istifadəyə verilən Trans-Adriatik (TAP) boru kəməri ilə Avropaya 13,5 milyard kubmetr təbii qaz nəql edildiyi, bu həcmin 11,7 milyard kubmetri İtaliyanın payına düşdüyü və cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəqlinin planlaşdırıldığı qeyd olunub.
Materiallarda Azərbaycan Prezidentinin ötürmə qabiliyyəti 10 milyard kubmetr olan TAP boru kəmərinin hazırda tam gücü ilə işlədiyini, bu həcmin ən azı 20 milyard kubmetrə çatdırılmasının zəruriliyini bildirdiyi, bunun üçün əlavə maliyyə vəsaiti tələb edildiyini və Azərbaycanın investor kimi buna hazır olduğunu, lakin digər investorların da bu işdə iştirakının zəruriliyini qeyd etdiyi vurğulanıb. Prezident İlham Əliyevin Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Azərbaycanın qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan çox ölkədən rəsmi müraciət aldığını qeyd etdiyi bildirilib.
Azərbaycan Prezidenti: Avropaya təbii qaz ixracını iki dəfə artırmağa hazırıq
Prezident İlham Əliyev səfər çərçivəsində İtaliyanın ən nüfuzlu mətbuat orqanlarından olan “il Sole 24 Ore” qəzetinə geniş müsahibə verib. Müsahibə qəzetin həm çap versiyasında, həm də internet səhifəsində dərc olunub.
Azərbaycan Prezidenti müsahibəsində ölkəmizin təsdiq edilmiş təbii qaz ehtiyatlarının həcminin 2,6 trilyon kubmetr təşkil etdiyini, Avropaya nəql edilən qazın həcminin iki dəfə artırılmasının nəzərdə tutulduğunu, İtaliya, Yunanıstan və Bolqarıstanla müqavilələrin imzalandığını, qitənin digər ölkələrinə qaz nəqlinin qiymətləndirildiyini bildirib. Prezident İlham Əliyev İtaliyanın Azərbaycanın karbohidrogen resurslarını Avropanın digər yerlərinə ötürəcək ölkə olacağına əminliyini ifadə edib.
İtaliya şirkətlərinin işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev bunun iki ölkənin münasibətlərimizin nə dərəcədə yaxın olduğunu göstərdiyini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanda bərpaolunan enerji-külək, günəş və su elektrik stansiyalarının qurulmasında daha çox İtaliya şirkətini dəvət etmək üçün böyük planların olduğunu vurğulayıb. İtaliya şirkətlərinin Azərbaycan tərəfindən maliyyələşdirilən və Azərbaycanda İtaliya şirkətlərinin icra etdiyi müqavilələrin dəyərinin 10 milyard dollardan çox olduğu qeyd edilib.
Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yaxşı təmsil olunduğunu vurğulayıb. İki ölkənin əlaqələrinin enerji və ticarət sahələri ilə məhdudlaşmadığını bildirən Azərbaycan Prezidenti ADA Universiteti və İtaliyanın beş universiteti əməkdaşlığı başladığını, İtaliya-Azərbaycan Universitetinin binası inşa edildiyini və 2024-cü ilin sonunadək hazır olacağını deyib.
İtaliya və Azərbaycan strateji tərəfdaşlığın gücləndirilməsinə doğru
Azərbaycan Prezidentinin səfərinin yekunları ilə bağlı İtaliyanın nüfuzlu “il Giornale” qəzetində analitik məqalə dərc olunub. Habelə “Askanews” xəbər agentliyinin səfər vaxtı Prezident İlham Əliyevin iştirak etdiyi tədbirlərdə söylədiyi fikirlər, keçirdiyi görüşləri ilə bağlı məqalə və videoreportajlar hazırlayıb. Həmin məlumatlar İtaliyanın çoxsaylı mətbuat orqanları, o cümlədən “il Sole 24 Ore”, “il Messaggero”, “Quotidiano”, “Notizie Tiscali”, “Affari İtaliani”, “il Dolomiti”, “Virgilio”, “Notizie Tiscali”, “Tiscali TV”, “il Tempo”, “Notizie Yahoo”, “Finance Yahoo”, “il Giornale d’Italia”, “MSN”, “Libero Quotidiano”, “Today”, “Notizie” və digər kütləvi informasiya vasitələri tərəfindən də yayılıb.
Habelə “Kmetro0”, “Scenari Internazionali”, “Sardegnagol”, “Giornale Diplomatico”, “Gazzetta Diplomatica”, “Globus Magazine”, “Agenzia Nova” kimi mətbuat orqanlarında da səfərlə bağlı geniş məqalələr dərc olunub.





















ÖNDERTV.ORG       

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI