Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Nazir: Qarabağ Universitetində çalışacaq müəllimlərin əməkhaqları nisbətən yüksək olacaq VİDEO

Nazir: Qarabağ Universitetində çalışacaq müəllimlərin əməkhaqları nisbətən yüksək olacaq VİDEO
1-03-2024, 20:48 32 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

2024-2025-ci tədris ilində Qarabağ Universitetində 1000 tələbənin təhsil alması planlaşdırılır.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, universitetdə 70 nəfər professor-müəllim heyətinin yer alması planlaşdırılır:

“Yaxın 5 ildə universitetdə tələbə sayının 5 minə çatdırılması gözlənilir. Pedaqoji, mühəndislik, iqtisadiyyat, incəsənət, humanitar və sosial, turizm fakültələri olacaq”.
Nazir qeyd edib ki, universitetdə çalışacaq müəllim heyətinin əməkhaqları nisbətən yüksək olacaq: “Yaxın ərazidə yaşayan müəllim heyətinin cəlb olunması nəzərdə tutulur. Xankəndi, Şuşa, Ağdamdan olan alimlərimizlə görüş baş tutacaq. İşçi heyəti Xankəndidə mənzillə təmin olunacaq”.


Nazir: Qarabağ Universitetində çalışacaq müəllimlərin əməkhaqları nisbətən yüksək olacaq VİDEO



ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI