Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bu gündən MDB PA müşahidəçiləri Azərbaycanda seçkilərin qısamüddətli monitorinqinə başlayırlar

Bu gündən MDB PA müşahidəçiləri Azərbaycanda seçkilərin qısamüddətli monitorinqinə başlayırlar
4-02-2024, 10:20 139 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Bu gündən MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçiləri fevralın 4-dən Azərbaycanda seçknin qısamüddətli monitorinqinə başlayırlar.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, fevralın 4-6-da namizədlərin Seçki Qərargahı, Mərkəzi Seçki Komissiyası, Baş Prokurorluq, Konstitusiya Məhkəməsi və Milli Məclis rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

Qrupa Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan deputatlar və senatorlar daxildirlər.
Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisində MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçilər missiyasına Qazaxıstan Parlamenti Senatının sədr müavini Jakip Asanov rəhbərlik edəcək. Qrupun tərkibinə MDB PA Şurasının Baş katibi Dmitri Kobitskinin rəhbərlik etdiyi Assambleyanın rəsmiləri də daxil olacaq.
Fevralın 7-də MDB PA-dan olan beynəlxalq müşahidəçilər Bakıda və Azərbaycanın regionlarında seçki məntəqələrinə səfər edəcəklər. Xarici ölkələrdəki seçki məntəqələrində də monitorinqlər aparılacaq.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkisi 2024-cü il fevralın 7-də keçiriləcək.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI