Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Səfirlik: Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Rusiyanın üç şəhərində seçki məntəqəsi açılacaq

Səfirlik: Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Rusiyanın üç şəhərində seçki məntəqəsi açılacaq
31-01-2024, 16:38 111 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Ölkəmizin Rusiyadakı səfirliyi Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı məlumat yayıb.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, səfirlik Rusiya Federasiyasının üç şəhərində seçki məntəqəsinin açılacağını bildirib.

Rusiya Federasiyası ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarına xatırladılıb ki, fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Bununla əlaqədar, Azərbaycanın Rusiyadakı səfirliyində, eləcə də Sankt-Peterburq və Yekaterinburqdakı baş konsulluqlarında seçki məntəqələri açılacaq.
Səsvermədə 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Bunun üçün seçki məntəqəsinin nümayəndələrinə Azərbaycan vətəndaşının etibarlı pasportunu və ya şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır. Prezident seçkiləri dövründə Rusiyaya səfər etməyi planlaşdıran və səs vermək istəyən vətəndaşlardan da həmin sənədləri özləri ilə götürmələri xahiş olunur.
Seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq. Məntəqələr göstərilən ünvanlarda yerləşəcək: Moskva şəhəri, Voznesenski döngəsi, ev15; Sankt-Peterburq şəhəri, 2-ci Sovetskaya küçəsi, ev 27; Yekaterinburq şəhəri, Karl Libknext küçəsi, ev 5.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI