Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Hulusi Akar: Əsas məqsədimiz bölgədə sülhün, sabitliyin və əməkdaşlığın təmin olunmasıdır

Hulusi Akar: Əsas məqsədimiz bölgədə sülhün, sabitliyin və əməkdaşlığın təmin olunmasıdır
29-01-2024, 14:18 122 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Azərbaycan və Türkiyə şəhidləri bizim qardaşlığımızın, birliyimizin, Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, bir millət olduğumuzun çox önəmli sübutlarıdır. Şəhidlərimizin etdikləri böyük qəhrəmanlıq və fədakarlıqdır.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komitəsinin sədri Hulusi Akar söyləyib.
O bildirib ki, Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” kimi 44 günlük müharibədən sonra da “Tək ordu, tək yumruq və tək ürək” olaraq əməkdaşlığını inkişaf etdirir, lazımi layihələri həyata keçirir.
Azərbaycan və Türkiyənin birgə təlimlər keçirdiyini, müdafiə sənayesi sahəsində sıx əməkdaşlıq etdiyini xatırladan H.Akar deyib: “Əsas məqsədimiz bölgədə sülhün, sabitliyin və əməkdaşlığın təmin olunmasıdır. Bu baxımdan biz Azərbaycanın Ermənistana etdiyi sülh təklifinin İrəvan tərəfindən qısa zamanda qəbul olunmasına və tezliklə bölgəyə sabitliyin gəlməsinə çalışırıq”.
O əlavə edib ki, bəzi ölkələr Ermənistana proksi-dövlət libası geyindirmək istəyirlər. Əgər Ermənistan onların dediklərinə əməl edərsə, necə ki, 44 günlük savaşda çox ciddi zərər gördü, bundan sonra da eyni vəziyyətlə qarşılaşa bilər.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI