Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İcma: Ermənistan öz ərazisində Azərbaycanın suverenliyini təhdid edən ünsürlərin fəaliyyətinə qadağa qoymalıdır

İcma: Ermənistan öz ərazisində Azərbaycanın suverenliyini təhdid edən ünsürlərin fəaliyyətinə qadağa qoymalıdır
20-01-2024, 17:35 382 dəfə baxılıb

VETENİM-AZERBACANDIR.AZ


Ermənistan mediasında özünü hələ də hansısa qondarma “dövlətin prezidenti” kimi qələmə verən Samvel Şahramanyan adlı birinin “dövlət naziri vəzifəsinə təyinat həyata keçirməsi” barədə məlumatlar yayılıb.
VETENİM-AZERBACANDIR.AZ xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında qeyd olunub.
Bundan əlavə, keçmiş xarici işlər naziri, qatı irqçi Vardan Oskanyanın rəhbərliyi altında beynəlxalq səviyyədə iş aparılması üçün hansısa “komissiya”nın yaradıldığı bildirilir.
“Bəs Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan xalqının mədəni irsinin dağıdılmasının yolverilməzliyi ilə bağlı açıqlamalarını özünün suverenliyinə və ərazi bütövlüyünə qəsd hesab edən Ermənistan nəyə görə Azərbaycana qarşı belə düşmənçilik fəaliyyətinə şərait yaradır?! Bütün bunlar Ermənistanın tezliklə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olması barədə bəyanatları ilə tam ziddiyyət təşkil edir. Ermənistan hakimiyyəti öz ərazisində Azərbaycanın suverenliyini təhdid edən ünsürlərin fəaliyyətinə qadağa qoymalıdır”, - deyə açıqlamada vurğulanır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI