17:31 - Təbrik edirik.
13:34 - GÜNƏŞƏ QOVUŞMAQ İSTƏYİRƏM MƏN.
18:05 - Sabah yağış yağacaq, tempratur isə...
18:04 - Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək
18:01 - Azərbaycan-Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı – Əmirbəyov detalları açıqladı
19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
Sevinc Ağa Xəlilqızının “Zəfər mənimdir” kitabının mphtəşəm təqdimatı oldu
VETENİM-AZERBAYCANDİR.AZ
Yasamal rayon Heydər Əliyev Mərkəzində yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızının “Zəfər mənimdir” kitabının təqdimatı keçirilib.Təqdimat mərasimində şəhid ailələrinin nümayəndələri, əlillər, qazilər, Birinci Qarabağ və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimat mərasimində Yasamal Mərkəzi Kitabxana Sisteminin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova kitabda əhatə olunan məsələlər, müəllifin yaradıcılıq xüsusiyyətləri və bəhs olunan mövzunun əhəmiyyətindən danışıb. Vətən müharibəsi şəhidləri Bəhram və İman Məmmədzadələrin atası Elman Məmmədov, şəhid Əmrulla Əliyevin atası Vahid Əliyev, şəhid Xeyrulla İbrahimovun anası Xalidə Zeynalova, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev, Xüsusi Təyinatlı Qüvvələrdə döyüşmüş Polad Rzayev, qazilər İlqar Cəfərov, İlqar Hüseynov və başqaları xalqımızın əldə etdiyi möhtəşəm Zəfərdən və müəllifin kitabda mövzuya yanaşma tərzindən, gənc nəslə aşıladığı vətənpərvərlik hisslərindən danışıblar. Kitabda Qarabağ münaqişəsi, Vətən müharibəsi, eləcə də ötən il sentyabrın 19-da aparılan lokal antiterror tədbirlərindən, Azərbaycan Mili Ordusunun torpaqlarımızın azadlığı uğrunda apardığı rəşadətli mübarizədən, igid Vətən oğullarının göstərdiyi igidlik nümunələrindən bəhs edilir.
Qeyd edilib ki, xalqımızın qəhrəmanlıq tarixi nə qədər vəsf olunsa, Qarabağın azadlığı uğrunda göstərilən şücaətdən nə qədər yazılsa, yenə də azdır.
“Zəfər mənimdir” kitabı bu sahədə uğurlu
bir addım kimi dəyərləndirilib.
Müəllif Sevinc xanım kitabdan parçalar
və yeni şeirlərini oxuyub.
Möhtəşəmliklə keçən tədbirdə şeirlər,
vətənpərvərlik mövzusunda mahnılar
səslənib, videoroliklər nümayiş olunub.
Tədbir iştirakçılarına “Zəfər mənimdir”
kitabı hədiyyə olunub.
P.S Yazıçı - publisist, şairə Sevinc Ağa
Xəlilqızını ürəkdən təbrik edir, ona bu
şərəfli işdə davamlı uğurlar arzu edirik!
Yasəmən Möhübbətqızı
AJB üzvü, İctimai xadim.
Beynəlxalq Sülh Səfiri.
"Qızıl Qələm", "Xan Qızı Natavan",
"Dədə Qorqud" mükafatçısı.