Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İtaliya saytları Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesindən yazıb

İtaliya saytları Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesindən yazıb
11-01-2024, 10:03 135 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ








Ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarovun İtaliya mətbuatında Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesi, keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışı və Qarabağdakı mina probleminə dair məqaləsi dərc olunub.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, “Agenzia Nova”, “Diplomatic Correspondent Blogspot”, “Agen SIR” kimi mətbu orqanlarında yayImlanan məqalədə İlqar Muxtarov Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin yanvarın 8-də Azərbaycan ilə Ermənistanı sülh müqaviləsini imzalamağa çağırmasının çox yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulayıb ki, Roma Papasının Cənubi Qafqaz regionundakı vəziyyətə toxunması, sülh müqaviləsinin imzalamasının zəruriliyini qeyd etməsi, tərəfləri köçkünlərin öz evlərinə qanuni və təhlükəsiz şəkildə qayıtmasını təşviq etməyə, orada müxtəlif dini icmalara məxsus ibadət yerlərinə hörmətlə yanaşmağa səsləməsi və bu addımların çox arzulanan sülh baxımından iki ölkə arasında etimad mühitinin yaradılmasına kömək edəcəyini bildirməsi müsbət haldır.
Səfir xatırladıb ki, erməni tərəfinin işğalçılıq siyasəti nəticəsində Ermənistandan 250 min, həmçinin Qarabağdan olan təxminən 750 min məcburi köçkün otuz ildən artıq müddətdə öz yurd-yuvalarından uzaqda yaşamağa məcbur olub. Bu gün onların öz evlərinə təhlükəsiz şəkildə qayıtmasına ən böyük maneə isə otuz il ərzində işğalçılar tərəfindən bölgədə basdırılan piyada əleyhinə minalardır.
“Beynəlxalq ictimaiyyətin, eləcə də işğaldan azad edilmiş ərazilərimizin bərpasında bizə dəstək olanların köməyini yüksək qiymətləndiririk. Bu bizə xalqımız üçün yeni sülh və birgəyaşayış həyatı planlaşdırmağa imkan verir. Çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycan bütün dinlərin qorunmasına hörmət edib və onların irsinin qorunmasına hər zaman maksimum diqqət yetirib. Azərbaycanda təmsil olunan və qorunan bütün dinlərin irsinin qorunub saxlanmasında ölkəmizin öhdəliyi maksimumdur. Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında ən qısa zamanda sülh sazişi imzalana, iki ölkə arasında bütün kommunikasiya yolları açıla və qaçqınların geri qayıtmasına şərait yaradıla bilər”, - deyə diplomat qeyd edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI