Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Süni intellekt müharibədə necə istifadə olunur?

Süni intellekt müharibədə necə istifadə olunur?
10-01-2024, 08:40 128 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Ötən ilin əvvəllərindən Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) silahlı münaqişələrdə süni intellektdən istifadə ilə bağlı narahatlıqlarını açıqlayıblar. Hətta BQXK dərc etdiyi hesabatında “Müharibədə hüquqi öhdəliklər və etik məsuliyyətlər maşın və proqram təminatına həvalə edilməməlidir” ifadəsini işlədib. Qurum İsrailin süni intellektdən istifadə edib-etməməsi ilə bağlı şərh verməkdən də imtina edib.
Ümumiyyətlə, süni intellektin müharibədə rolu nədir?

VETENİM-AZERBAYCANDIR.AZ BBC-yə istinadən xəbər verir ki, bütün qurumlar avtonom silah sistemlərindən narahatdırlar. 

Lakin iddia edilir ki, süni intellektdən istifadə silahların hədəfləri vurmaqda daha dəqiq olmasına imkan yaradacaq və bununla da mülki ölümlərin sayı azalacaq. Bunlara raketdən müdafiə sistemləri və bəzi döyüş sursatları daxildir.
Artıq ötən ildən İsrail davamlı olaraq kəşfiyyat məlumatlarını toplamaq və yeni hədəf yaratmaq üçün süni intellektdən istifadə etməyə başlayıb. Lakin süni intellekt 2021-ci ildə Qəzzada 11 günlük müharibədə İsrail ordusu tərəfindən də istifadə edilib. Hətta İsrail ordusunun keçmiş baş qərargah rəisi Aviv Koçavi 2023-cü ilin iyununda verdiyi müsahibədə Hədəf Müdirliyi bölməsinin süni intellekt qabiliyyəti ilə gücləndirilmiş yüzlərlə zabit və əsgərdən ibarət olduğunu söyləmişdi:
“Əvvəl Qəzzada ildə 50 hədəf yaradırdıq. Bu maşın isə bir gündə 100 hədəf yaratdı və onların 50 faizi hücuma məruz qaldı”. Burada Koçavi “Divarların keşikçisi” adlı 2021-ci il əməliyyatını nəzərdə tuturdu.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI