Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Respublika Perinatal Mərkəzində yanğın hadisəsi barədə yenilənmiş MƏLUMAT

Respublika Perinatal Mərkəzində yanğın hadisəsi barədə yenilənmiş MƏLUMAT
9-01-2024, 09:41 136 dəfə baxılıb



Respublika Perinatal Mərkəzində yanğın hadisəsi barədə yenilənmiş MƏLUMAT
09 yanvar 2024-cü il saat 03:35-də Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən  Respublika Perinatal Mərkəzində yanğın hadisəsi baş verib. 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Yanğınsöndürmə işləri başa çatıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları hadisə yerinə cəlb olunub. 
Xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilir.  
Yenidoğulmuşların, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyəsi həyata keçirilir. İndiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb. 
Yanğın nəticəsində xəsarət alan olmayıb.
1 nəfər - Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.  Ona zəruri tibbi xidmət göstərilir.
TƏBİB rəhbərliyi hadisə yerindədir.
Əlavə məlumat veriləcək.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI