Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Dəhşətli partlayışda yaralananların sayı açıqlandı - Yenilənib

Dəhşətli partlayışda yaralananların sayı açıqlandı - Yenilənib
3-04-2022, 07:31 443 dəfə baxılıb

Səbail rayonu ərazisində baş vermiş partlayışla əlaqədar hadisə yerinə şəhər üzrə zəruri olan təcili və təxirəsalınmaz tibbi yardım briqadaları göndərilib.

"Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
"Hadisə yerində xidmət göstərən briqadalarla mütəmadi əlaqə var. Zəruri olan bütün tədbirlər görülməkdədir. İctimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda deyilir.
***
TTTYX-dən APA-ya verilən məlumata görə, indiyə qədər 6 yaralı 1 Saylı Şəhər Xəstəxanasına, 25 yaralı isə Yanıq mərkəzinə yerləşdirilib.
***
Səhiyyə Nazirliyindən bildirilib ki, Bakıda partlayış baş verən hadisə yerində 35 Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası işləyir.
“Təcili yardım briqadalarından verilən məlumata görə, saat 04:20 üçün 24 nəfər (13 kişi, 11 qadın) hospitalizasiya edilib”.
***
Səhiyyə nazirliyinin şöbə müdiri Pərviz Abubəkirov hadisə ilə bağlı açıqlama verib:
"Partlayış barədə məlumat daxil olan kimi hadisə yerinə 35  təcili tibbi yardım briqadası göndərilib, hazırda da orada həkimlər çalışırlar. Partlayış nəticəsində 24 xəsarət alan var, bu məlumat saat 04:33 məlumatıdır, 24 nəfər xəsarət alanlardan 13-ü kişi 11-i qadındır, yaralıların əksəriyyətində yanıq xəsarətidir. Əlavə məlumatlar veriləcək".
***
Səhiyyə Nazirliyindən bildirilib ki, bu gün Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə partlayış baş verməsi barədə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış saat 02:54-də daxil olub. 
Dərhal hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 35 briqadası cəlb olunub. Müxtəlif dərəcəli yanıq və bədən xəsarətləri alan 24 nəfər tibb müəssisələrinə (Yanıq mərkəzi, KTM, Respublika Kliniki Xəstəxanası, 3 saylı KŞX, Travmatologiya İnstitutu) hospitalizasiya ediliblər.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI