Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bakıda yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək

Bakıda yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək
8-01-2024, 11:13 152 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Bakıda yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək.

VETENİM-AZERBAYCANDIR.AZ -ınxəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd olunub ki, Bakının şəhər ərazisi üçün aşağıdakı qısamüddətli tədbirlərin görülməsi təklif olunur:
• Mərkəzi park üçün susaxlayıcı sistemin qurulması. İntensiv yağıntılar zamanı yağış sularının saxlanması və daha sonra suvarmada istifadə edilməsi üçün yeraltı anbarın inşası və güclü yağıntılar zamanı suyun park ərazisində saxlanılması;
• Qış Parkı. Yeraltı dayanacaqda yeraltı anbarın inşası;
• Atatürk Parkı. Güclü yağış hadisələri üçün parkda sututucu qurğuların quraşdırılması;
• Xətai prospekti. Suburaxma gücünün artırılması üçün su novlarının quraşdırılması;
• Neftçilər prospekti. Neftçilər prospektinin alçaq sahələrində, bulvarda drenajların qurulması, Xəzər dənizinə axıtma məntəqələrinin inşası;
• Kommersiya rayonu. Tamamilə ayrı yağış kanalizasiya sisteminin qurulması və bu sistemə kanalizasiya xətlərinin birləşdirilməsinin qarşısının alınması.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI