Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Tariximizin işğal səhifəsinin utancı qalibiyyət təntənəsi ilə əvəzlənib ŞƏRH

Tariximizin işğal səhifəsinin utancı qalibiyyət təntənəsi ilə əvəzlənib ŞƏRH
23-12-2023, 08:28 127 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Tarixi proses xalqların və dövlətlərin ictimai-siyasi fəaliyyəti ilə formalaşsa da bu gedişata zaman-zaman yön və təkan verən güc mərkəzləri də olur. Siyasi-fəlsəfi düşüncə bu mərkəzləri rəhbər, sərkərdə və digər adlarla öyrənib təqdim etsə də, onların hamısını mahiyyətcə birləşdirmək olar – LİDER! 
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, tibb elmləri doktoru Rəşad Mahmudov söyləyib.
Onun sözlərinə görə, tarixin bütün çağlarında böyük orduların, möhtəşəm yürüşlərin, cahanşümul qələbələrin arxasında məhz belə bir güc – lider amili dayanıb. Bəşəriyyətin ən qədim insan məskənlərindən biri olan Azərbaycanın dövlət və xalq olaraq keçdiyi çoxminillik yolda xalqının və dövlətinin bütün potensialını səfərbər edib yumruğa çevirən, dünyanın basmaçı qüvvələrinin cəbhəsini yaran, itirilmiş ərazi və mövqeləri açıq savaşla geri qaytaran belə bir liderlik fenomenin ünvanı, heç şübhəsiz, müstəqil Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevdir. Qalib sərkərdə və qüdrətli dövlət rəhbəri kimi İlham Əliyevin son 20 ildə Azərbaycanın tarixinə yazdığı uğurlar, xüsusən, Qarabağ uğrunda Vətən müharibəsində xalqımıza qazandırdığı Zəfər son 2 əsrlik tariximizin tayı-bərabəri olmayan qələbələridir.
“Artıq hamı eyni cür düşünür, Azərbaycan öz tarixinin heç bir dövründə bugünkü qədər qüdrətli olmayıb. Dostlarımız buna bizim qədər sevinir, uğurlarımıza qısqanclıqla yanaşanlar da bu nailiyyətləri etiraf etmək məcburiyyətində qalırlar. Dünya görür ki, Azərbaycan bu mərtəbəyə Prezident İlham Əliyevin müstəsna liderliyi ilə yüksəlib. İnqilabi islahatları, çevik qərarları, uzaq gələcəyə hesablanmış addımları, balanslı gedişləri ilə Azərbaycanın dövlət başçısı zəmanəmizdə nümunə sayılacaq liderlik modeli yaradıb”, - deyə deputat əlavə edib.
O bildirib ki, milli maraqlarımızı sonadək qoruyub təmin edən İlham Əliyev siyasi olimpə yüksələrkən vəd etdiyi kimi, ölkədə hər kəsin prezidenti olmağı bacardı: “Yeni islahatçı lider Azərbaycanda siyasi sistemin müasirləşməsinə nail oldu, cəmiyyətdə demokratik prinsipləri dərinləşdirdi, insan hüquq və azadlıqlarının təminatlarını gücləndirdi. Bununla yanaşı, aydın və məqsədyönlü strategiyaya söykənən dövlət başçısı Azərbaycanın sosialyönümlü siyasət kursunu modernləşdirərək əhalinin sağlamlığının, eyni zamanda, millətin genefondunun qorunmasını mükəmməlcəsinə qurdu.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasına sadiq qalan qalib siyasi varis milli qərarları ilə ümumxalq sevgisini, beynəlxalq nüfuz qazandı. Ölkəmizin xarici siyasətini yeni səviyyəyə yüksəldən müdrik və qətiyyətli lider Azərbaycanı qlobal müzakirələrdə diqtə edən tərəfə, keçərli söz sahibinə çevirdi. Böyük Atatürk qeyd edirdi: “Dünya bilməlidir ki, Türkiyə xalqı qabiliyyətli millət kimi qeyd-şərtsiz azad və müstəqil yaşamaq qərarı verib. Bu haqlı qərarı pozmağa yönələn istənilən qüvvə Türkiyənin əbədi düşmənidir”. 
Prezident İlham Əliyev bu prinsipi Azərbaycan üçün də diplomatik meyara çevirməyi bacardı”. 
Rəşad Mahmudovun sözlərinə görə, tarixin bir aksioma-tələbi isə millətlərin ləyaqətli və azad yaşamını təmin edən lider amilinin gerçəkliyə çevrilməsidir: “Mövcud reallığa nəzər salsaq, məlum olur ki, azad yaşamın yolu bir çox halda qalibiyyət savaşından keçir. Bu mübarizənin qələbə ilə bitməsində, şübhəsiz, sərkərdə amili önəmli rol oynayır. Bu baxımdan Azərbaycan xalqının taleyini, azad, ləyaqətlə, qürurla yaşamını qalib sərkərdə kimi Prezident İlham Əliyev təmin etdi. İlham Əliyevin möhtəşəm komandanlığı ilə Qarabağ işğalçılardan azad olundu, ölkəmizin ərazi bütövlüyü tam təmin edildi. Qarabağın düşmən tapdağından qurtulması xalqımıza misilsiz bir qürur yaşatdı, ləkələnmiş milli ləyaqət qeyrət qanı ilə təmizləndi. Qarabağda Azərbaycanın kürəyinə saplanmış xəncər namərd düşmənin sinəsinə sancıldı.
Xarici jurnalistin Prezident İlham Əliyevə ünvanladığı nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir sualını müzəffər Komandan belə cavablandırdı: “Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir!”. Beləliklə, Qarabağı işğaldan azad edən Prezident İlham Əliyev ədaləti bərpa etməklə yanaşı, milli ləyaqəti də yüksəltdi. Azərbaycanı yenidən dünyaya yeni biçimdə, qalib libasında və ləyaqət zirvəsində təqdim edən liderə xalqımız yüksək sevgi və sədaqət nümayiş etdirir. Bu, Xalq–Lider birliyi ölkəmizin hərtərəfli və davamlı inkişafının təməlidir”.
Deputat sonda qeyd edib ki, hər zaman düzgün qərarlar verən Azərbaycan xalqı qalib Komandan və uğurlu dövlət rəhbəri kimi İlham Əliyevlə gələcəkdə daha öyünclü uğurlara imza atacağına əmindir: “Zəfər müjdəli liderin rəhbərliyi ilə xalqımız daha uğurlu sabaha doğru addımlayır. Düşmən bu əzəmətli yürüşün ayaq səslərindən belə diksinir. Tariximizin işğal səhifəsinin utancı qalibiyyət təntənəsi ilə əvəzlənib. Bu yürüşün misilsiz lokomotivi liderin qadir gücü, müdrik zəkasıdır.
Bizi yenilməz edən Zəfər yolçusunun liderliyi altında bir ölkənin vətəndaşı olmaq tarixin bizə bəxş etdiyi ən böyük səadətdir. Bu, xoşbəxtlik hər xalqa nəsib olmur”.

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI