Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Gürcü siyasətçi: NATO yeni reallıqları nəzərə alaraq Cənubi Qafqazda güc sahibi olmaq istəyir

Gürcü siyasətçi: NATO yeni reallıqları nəzərə alaraq Cənubi Qafqazda güc sahibi olmaq istəyir
21-12-2023, 01:10 126 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Gürcüstan Avropa İttifaqına namizəd statusunu aldıqdan sonra NATO-da aktiv hərəkətə keçib və indi Cənubi Qafqaz regionunda yeni layihələrə imza atmaq niyyətindədir. NATO yeni reallıqları nəzərə alaraq Cənubi Qafqazda güc sahibi olmaq istəyir. Bunun üçün də rəsmi Tbilisi ilə əlaqələri intensivləşdirib layihələr həyata keçirmək istəyir.
Bu sözləri müsahibəsində gürcü politoloq Levan Mamaladze söyləyib.
Onun sözlərinə görə, NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xaviyer Kolominanın Gürcüstana səfəri onların bu region ilə daha çox maraqlandıqlarını açıq şəkildə göstərir, Avroatlantik alyansın Qafqaza daha çox diqqət etdiyini sübut edir. 
Politoloq deyir ki, Gürcüstanın hərbi sistemi NATO standartlarına uyğun çalışır və bu da o deməkdir ki, qonşu dövlətlər də Avroatlantik alyansla daha sıx əməkdaşlıq etməyə imkan tapacaq.
L.Mamaladze bildirib ki, baş verənlərin fonunda Rusiyanın mövqeyinə diqqət yetirmək lazımdır. Bu cür addımlar atmaqla Gürcüstan həm də böyük risklər alır. Çünki, NATO-nun regionda aktivliyi Rusiyanın maraqlarına ziddir. Belə olan halda da Rusiya çalışacaq ki, bu əməkdaşlıq mümkün olmasın. Gələn il NATO ilə yeni əməkdaşlığa start veriləcək.
Politoloqun sözlərinə görə, Xaviyer Kolomina Azərbaycan və Ermənistan arasında əlaqələrin sülhə doğru getməsini yüksək qiymətləndirib. Çox güman ki, bu istiqamətdə də Tbilisi sülh müqaviləsinin imzalanması üçün bir məkan kimi hazırlanır. NATO da bu prosesdə aktiv rol oynamaq niyyətindədir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI