Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Əməkdaşlıq əlaqələrinin inkişafı

Əməkdaşlıq əlaqələrinin inkişafı
17-12-2023, 23:46 250 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Azərbaycanın xarici əlaqələrinin, o cümlədən, Serbiya və Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin formalaşmasında Prezident İlham Əliyevin bu ölkələrin dövlət başçıları ilə şəxsi münasibətləri əhəmiyyətli rol oynayır. Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyaya işgüzar səfər edib. Həmin tarixdə Serbiyanın Niş şəhərində keçirilən Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan
Respublikasının Prezidenti Rumen Radev iştirak ediblər. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək Serbiya ilə hərtərfli münasibətlərin inkişafini vurğulamış, münasibətin sadəcə iqtisadi, ticarət, enerji sahəsində deyil, şəxsi dostluq münasibətlərində də təzahür etdiyini və bu münasibətin daha da inkişaf edəcəyini qeyd etmişdir. Prezident bu layihənin əhəmiyyətini və Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynadığını qeyd etmişdir.  Dövlətimizin başçısı həmçinin bildirmişdir ki, Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır.
  Görüşdə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qaz, elektrik enerjisi təchizatının şaxələndirilməsinin Avropa dövlətləri üçün önəmini vurğulamış və Serbiya dövləti üçün də bu layihənin böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. 
   Azərbaycan və Serbiya dövlət başçıları səviyyəsində son illər intensivləşən qarşılıqlı yüksək səviyyəli səfərlər iki ölkə arasında əməkdaşlıq sahələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün zəmin yaradıb. İki ölkə arasında enerji sahəsindəki əməkdaşlıqda yeni imkanlar açılıb. Bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı missiyasının genişlənməsinin və Avropanın enerji təhlükəsizliyində oynadığı rolun getdikcə artmasının bariz göstəricisidir. Bu gün Azərbaycan qazı Serbiyanın təchizat mənbələrinin şaxələndirilməsi ilə yanaşı, Mərkəzi Avropaya qazın paylanmasında tranzit ölkə kimi Serbiyanın strateji roluna da töhfə verir.
 
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI