Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Temperatur 10 dərəcə enəcək

Temperatur 10 dərəcə enəcək
27-11-2023, 11:24 112 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

“Ölkə ərazisində bir neçə gündür ki, payızın sonuna və qışın əvvəlinə xas olmayan hava şəraitinin şahidi oluruq. Belə ki, cənub-şərq küləyinin əsməsi nəticəsində ölkə ərazisində mülayim-isti hava şəraiti davam edir. Amma bu gündən etibarən ölkə ərazisində, həm Bakı və Abşeron yarımadasında, həm də bölgələrdə hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, yağıntıların artacağı gözlənilir”.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, noyabrın 27-si gündüzdən 28-i səhərə qədər şimal qərb küləyinin əsəcəyi, arabir 25-30 m/s, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir: “Noyabrın 27-si axşamdan 28-i səhərə qədər arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv yağışlar, şimşək çaxacağı gözlənilir. Bu gün axşamdan havanın temperaturu ötən günlərə nisbətən kəskin 10 dərəcə aşağı enəcək. 28-i gündüz saatlarında havanın temperaturu 10-12 dərəcə isti olacaq. Qeyri-sabit hava şəraiti bölgələrdə də davam edəcək”.
Xidmət rəisinin sözlərinə görə, noyabrın 27-si şimal və qərb rayonlarından başlayaraq 28-i axşama qədər ölkə ərazisində havanın kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir: “Həmçinin bölgələrdə qərb küləyi əsəcək, küləyin sürəti 20-25 m/s, ayrı-ayrı yerlərdə 33-38 m/s qədər güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcə aşağı enəcək. Aran rayonlarda gecə 3-7 dərəcə, gündüz 11-15 dərəcə, dağlıq rayonlarında 4-9 dərəcə şaxta, gündüz isə 3 dərəcə şaxtadan 2 dərəcə istiyə qədər dəyişəcək”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI