Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

18:10 - Prezident və xanımı Şuşada Mamayı məscidinin açılışında iştirak ediblər - FOTO

18:05 - İlham Əliyev Köndələnçay su anbarları kompleksinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO

19:03 - Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

19:00 - Baqratı İrəvana çəkən səbəblər - TƏHLİL + FOTO

18:59 - DİN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib - FOTO/VİDEO

18:47 - Ordu quruculuğunun inkişafı Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil etmişdir.

15:40 - Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək

15:39 - Prezidentin təltif etdiyi mədəniyyət və incəsənət xadimləri DANIŞDILAR - FOTO

21:55 - Uzun illər öncə Xəzərdə batmış gəminin dənizdən çıxarılması prosesi - FOTOREPORTAJ + VİDEO

21:47 - Milli Məclisin sədri Bolqarıstan Prezidenti ilə görüşüb - FOTO

21:37 - Qəbiristanlıqlarda qanunsuz torpaq alveri gedir - Xəbərlərin 20:00 buraxılışı

21:35 - Aİ liderləri fon der Lyayenin işindən narazıdırlar

21:33 - Sivva “Sabahın xeyir, Şuşa” adlı yeni mahnı və klipini təqdim edib - VİDEO

21:16 - Ərdoğan: “Azərbaycana dəstək hər sahədə davam edəcək”

23:52 - Slovakiyalı nazir: “Bakı və Bratislava müdafiə sahəsində əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər”

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd olunub

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd olunub
22-11-2023, 21:09 82 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ






Noyabrın 22-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – müstəqilliyin 52-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib. 

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət himnləri səsləndirilib. 

BƏƏ-nin səfiri Məhəmməd Əl Bluşi ölkəsindən inkişaf tarixindən danışıb. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından artıq 30 ildən çox vaxt keçdiyini qeyd edən diplomat Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin hörmət və əməkdaşlıq prinsiplərinə əsaslandığını bildirib. Vurğulanıb ki, dövlət başçılarının qarşılıqlı səfərləri, getdikcə genişlənən ticari-iqtisadi və mədəni əlaqələr qarşılıqlı əlaqələrin davamlı inkişafına öz müsbət təsirini göstərir. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasındakı əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur. Ticari, iqtisadi, siyasi və mədəni əlaqələrin səviyyəsi getdikcə artır. 
Səfir bildirib ki, hər iki ölkənin vətəndaşları vizadan azad edilib. Biz bərpaolunan enerji, neft-qaz və digər sahələrdə əməkdaşlıq edirik. Bununla bağlı 40 sənəd imzalanıb. 
2023-cü ilin ölkəsində “Davamlılıq ili” elan olunduğunu diqqətə çatdıran diplomat BƏƏ-nin dünya miqyasında davamlı iqtisadi inkişaf modeli yaratdığını vurğulayıb. O deyib ki, milli sərvət baxımından BƏƏ beynəlxalq yardımın ən böyük donorlarından biridir. Səfir BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının artdığını da qeyd edib.
Məhəmməd Əl Bluşi çıxışının sonunda ölkələrimiz arasında münasibətlərin inkişafının yüksək səviyyəli tempdə davam edəcəyinə əminliyini bildirib. 
Birləşmiş Ərəb Əmirlikləri xalqını milli bayram münasibətilə təbrik edən elm və təhsil naziri Emin Əmrullayev 
ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Nazir bildirib ki, Azərbaycan BƏƏ ilə münasibətlərə xüsusi önəm verir. Qarşılıqlı hörmətə, möhkəm dostluğa və qardaşlığa, bunu daha da zənginləşdirən İslam irsinə əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətt üzrə inkişaf edir.
Ölkələrimiz arasındakı əlaqələrin, təmasların getdikcə intensiv xarakter aldığını qeyd edən nazir bir sıra istiqamətlər kimi tələbə mübadiləsində də əməkdaşlığın olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan sənədlər əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına imkan verir. 
“Dövlət başçılarının müəyyənləşdirdiyi siyasətə uyğun olaraq birgə səylərimiz əsasında Azərbaycan-BƏƏ əməkdaşlığı bundan sonra daha da inkişaf edərək dərinləşəcək”, - deyə Emin Əmrullayev bildirib. 
Tədbir konsert proqramı ilə davam edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI