18:05 - Sabah yağış yağacaq, tempratur isə...
18:04 - Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək
18:01 - Azərbaycan-Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı – Əmirbəyov detalları açıqladı
19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
DÜŞÜNCƏLƏR
VETENİM-AZERBAYCANDIR.AZ
DÜŞÜNCƏLƏR
Yenə uşaq olaydım,düşünürəm gecələr.
Yarıyuxu gözlərlə boylanaydım yataqdan.
Yan otaqda uyuyan atama boylanaydım ,
Yorğunluqdan inləyən anama boylanaydım.
Yenə uşaq olaydım düşünürəm səhərlər...
Yarıyuxu gözlərlə boylanıram eyvana.
Görəydim eyvan altda oturaraq çay içir,
Ömür yoluna nəzər salan atam ah çəkir.
O da boylanıb baxır ömürdən itənlərə,
Gizlin gizlin ah çəkir ömürdən bitənlərə.
Dalıb min bir xəyala düşünürəm çox zaman,
Niyə vəfa etmədi ömür vermədi aman?!
Neçə arzusu qaldı bilirəm ki anamın,
Bizi hər an düşünən,bizi hər an ananın.
Nəvə toyu çaldırıb oynayaydı həyətdə,
İndi çox kədərliyəm anam da yox həyatda.
Bilirəm ki, haçansa ömrüm bitəcək səssiz,
Bəlkə də, yazdıqlarım yetim qalacaq mənsiz.
Nə oxuyan olacaq saralmış vərəqləri,
Nə sulayan olacaq əkdiyim çiçəkləri.
Həyat necə də fani,gəldinsə getməlisən,
Zamanın yollarında zamansız itməlisən.
Bəlkə də illər sonra bir övladın səssizcə,
VəBoylanıb hey baxacaq sən uyuyan otağa.
Səndən sonra boş qalan o buzlaşmıs yatağa...
02.07.2023
soz: Ülviyyə Məhəmməd