Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İranın Ermənistandakı səfiri təxribata cəhd edir – DEPUTATIN ŞƏRHİ

İranın Ermənistandakı səfiri təxribata cəhd edir – DEPUTATIN ŞƏRHİ
12-11-2023, 21:58 128 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

“İranın Cənubi Qafqaz siyasəti anlaşılan deyil. Rəsmi Tehranla bu ölkənin diplomatiyasını təmsil edənlər arasında köklü fikir ayrılıqları var. Belə olmasaydı İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin Qarabağdan öz istəkləri ilə köçən ermənilər barədə cəfəngiyyat danlşmaz və Azərbaycanla münasibətlərə zərər vurmazdı. Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağdan ermənilərin köçü erməni separatçılarının və Ermənistan rəhbərliyinin təzyiqi ilə baş tutub. Yəqin ki, İranın rəsmi orqanları da bunu bilir. Amma, bu ölkənin Ermənistandakı səfiri riyakarlıq edir, yalanlar uydurur, manipulyasiya edir. İran səfiri ermənilərin kim tərəfindən köçürüldüyünü dəqiq bilir, amma susur, günahı Azərbaycan tərəfinin üzərinə atır. Niyə? Məqsəd nədir? “Rəhbərlik deyir, köçün, biz də köçürük” deyən əksər ermənilər niyə Sübhaninin rastına çıxmadı? Səfir niyə yalan danışır? Bütün sualların cavabı ortada olduğu bir vaxtda Mehdi Sübhaninin “yeni Amerika kəşf etməsi”nə ehtiyac var?”. Bu açıqlamanı  Milli Məclisin deputatı Aydın Hüseynov verib.
Deputat onu da qeyd edib ki, İran prezidenti İbrahim Rəisinin Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı dediyi fikirlərlə onun ölkəsini Ermənistanda rəsmi olaraq təmsil edən səfirin açıqlamasının üst-üstə düşməməsi, ya da təxribata yol verməsi, bu məsələni yenidən gündəmə gətirməsi başqa mətləblərdən xəbər verir: “Belə çıxır ki, ya İranın Ermənistandakı səfiri Tehranın yürütdüyü siyasətdən bixəbərdir, ya da ölkəsinin prezidenti, Rəisinin mövgeyindən fərqli siyasət yürüdür. Hər iki hal səfir üçün qəbahət və böyük siyasi səhv sayılır. Bir tərəfdən İran Azərbaycana Qarabağ məsələsinin tam bitdiyini qəbul etdiyini deyir, digər tərəfdən isə Ermənistana başqa vədlər verir. Əgər belə deyilsə, onda İranın Xarici İşlər Nazirliyi Ermənistandakı səfirin bu alıqlamasına aydınlıq gətirsin, ona siyasi qiymət versin. İran səfiri Sübhani Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsindən danışırsa, buna israr edirsə çomağın iki başının olduğunu da unutmasın. Unutmasın ki, öz müqəddəratını təyinetmə hüququndan danışanda ilk olaraq İrandakı azərbaycanlıların hüquqlarını tanısın. İranda yüz min erməni var, amma onların bütün hüquqları tanınıb, azərbaycanlılar isə 40 milyondur, amma öz dillərində nə bir məktəbi, nə qəzeti, ümumiyyətlə, heç bir hüquqları tanınmır. Bu ölkənin bütün rəsmiləri diplomatik etiketlərə, qaydalara, ölkələr arasında münasibətlərə, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə bir daha nəzər yetirmələri lazımdır. İranın Ermənistandaki səfirinin Azərbaycan torpağı olan Qarabağdan danışması ciddi siyasi səhvdir".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI