07:12 - GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək
03:51 - TƏBRİK EDİRİK.
01:31 - Azərbaycan Prezidenti BƏƏ-nin Milli Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
18:51 - Baş Qərargah rəisi hərbçilərə tapşırıq verdi - Video
18:45 - Narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin əsasını təşkil edir”
18:40 - İlham Əliyev həmkarını təbrik etdi
18:22 - Sumqayıt Bələdiyyəsinin sədr müavini Nərmin Mehdiyeva ilə MÜSAHİBƏ
18:09 - SƏLİS DANIŞIQ NİTQ və PSİXOLOGİYA AKADEMYASINA UĞURLAR.
11:04 - İcma: Ermənistan hələ də utopiya ilə məşğuldur
20:59 - Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti bölgədə sülhə xidmət etmir
17:32 - DİM-in nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib
16:50 - Möhkəm bünövrə
16:37 - Bundestaqın sədri: Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
Milli Zəfər günümüz!
VETENİM-AZERBAYCANDIR.AZ
Şükürlər olsun ki artıq üç ildir ki, xalq olaraq, millət olaraq bu möhtəşəm günü bayram edir, sevincini yaşayırıq.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi tarixi ədaləti bərpa etdi. Vətən müharibəsi günlərində bütün Azərbaycan xalqı sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda döyüşmək, qan tökmək bizim ən ümdə amalımızdır. 30 il ərzində Ermənistanın işğalı altında olan torpaqlarımızı şanlı Ordumuz cəmi 44 günə azadlığına govuşduraraq bunu hər kəsə bir daha sübut etmiş oldu. Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zəkasının ən son nailiyyəti olan PUA-larla qazanmaq olar.
Sevincliyik, bütövlük, azadıq, qalibik, zəfər doluyuq!
Qalib xalqın nümayəndəsi olmag sevinci bizlərə nəsib olduğu üçün çox şanslıyıq.
Bəli azadlıq rahat eldə olunmadığını da dərk edirik, necə ki, xalqımız azadlığı uğrunda minlərlə övladını şəhid verdi və qurbanları hesabına qalibiyyəti qazandı. Allahdan bu yolda can qoyub, qan tökən bütün qardaşlarımıza allahdan rəhmət diləyirik. Ruhunuz şad olsun.
Cənab Ali Baş Komandanımız, qalib sərkərdəmiz İlham Əliyevə və Müzəffər Azərbaycan Ordusuna Allahdan can sağlığı arzu edirik!
Qalibiyyətimiz əbədi olsun!
Zəfər günün mübarək Vətənim Azərbaycanım!
Hörmətlə: Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalının təsisçisi və baş redaktoru Kamran Orucov.