08:41 - Azərbaycan Polisi 107 yaşında
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
22:59 - Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi AÇIQLANDI
17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
QUBADLIM MƏNİM DOĞMA YURDUM!
Qubadlı rayonu! Mənim doğma yurdum, gözəl məkanım, tarixi dədə-baba torpağım, azadlığa govuşan qalib elim obam artığ iki ildir ki azaddır, və bizimlədir.
30 il idiki yalnız xatirələrimdə doğma el obama səyahət edirdim. Allaha şükürlər olsun. Bizə bu xoşbəxtliyi bəxş edən Cənab Ali Baş Komandanımız və Müzəffər Azərbaycan Ordusuna bir ömür minnətdarıq. Bu cənnət məkanı bizlərə bəxş etdikləri üçün. Bu ilahi gözəlliklərlə dolu Qubadlımla hər zaman fəxr edir və belə vəsf edirik, belə tanımışıq. Qarabağın göz bəbəyi olan diğər rayonlarımız kimi Qubadlının da taleyinə 30 illik məşəqqətlərlə, əzablarla dolu əsirlik həyatı yazılmışdır.
Qubadlı toponimi Qubadlı tirəsinin adı ilə bağlıdır. 1823-cü ilə aid mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini pulla satın almış və qardaşı Mehdiqulu xana bağışlamışdı. Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsindən sonra viranə qalmış kəndi rus generalı P.S.Kotlyarevski göstərdiyi xidmətin müqabilində Hacı Ağalar bəy adlı birisinə vermişdir.
İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Ərazisində 115 iri və orta müəssisə , 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət ocağı vardır. Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 404 km-dir.
Bax bu sadaladığım gözəllik dolu diyar 30 il əsarət yaşadı. Lakin haqq ədalət axırki öz yerini tutdu. Müzəffər Ordumuz 44 günlük haqlı Vətən savaşı ərəfəsində 25 oktyabr 2020-ci il ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən mənim doğma elim Qubadlı işğaldan azad edildi. Cənab Prezidentimizin yüksək səyi nəticəsində tezliklə Qubadlıda böyükmiqyaslı ıayihələrin icrası baş tutacag və əbədi, əzəli torpağlarımız əvvəlkindən də gözəl bir vəziyyətə gələcəkdir. Biz hər zaman bununla fəxarət duyuruq.
Azadlığın mübarək Qubadlım! Yaşa və daima çiçəklən!
Kamran Orucov
Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalının təsisçisi və baş redaktoru.