Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şuşanın payız mənzərələri

Şuşanın payız mənzərələri
21-10-2023, 16:54 132 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Qarabağın baş tacı, dağlar gözəli Şuşa ilin bütün fəsillərdə əsrarəngiz təbiət mənzərələri ilə diqqəti çəkir. Payız fəslində isə şəhər, xüsusən də Cıdır düzü, Xan qızı bağı, Şuşa qalasının ətrafı boyalarla işlənən tablonu xatırladır. Ətrafdakı dağlar, yarpaqları qızılı rəngə çalan ağaclar, xəzanın sarı, qırmızı rəngləri ilə yanaşı təzə-tər otların göz oxşayan yaşıllığı, yarpaqların, otların arasından boylanan müxtəlif rəngli incə çiçəklər, qayaların arasında bitən itburnu və yemişan kolları, gün ərzində şəhərin gah bu, gah da digər tərəfini bürüyən duman görənləri valeh edir. Bu gözəllikləri seyr edərək gəzdikcə payız otlarının yumşaqlığını və yarpaqların xışıltısını hiss edir, sanki başqa, sirli-sehrli bir aləmə düşürsən.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI