Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

TƏHSİLDƏ UĞURLU TƏYİNAT

TƏHSİLDƏ UĞURLU TƏYİNAT
15-10-2023, 11:55 275 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Hər birimizə aydındır ki, bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı görülən işlər,atılan addımlar buna bariz nümunədir. Artıq Azərbaycan təhsil sisteminin gələcəyini savadlı özünə inamlı təhsil işçilərinin əlində olmasını istəyir. Ümummilli lider Heydər Əliyevın sözü bu yerdə lap yerinə düşər: “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz". Ümummilli lider daim təhsilə qayğı ilə yanaşar, onun əhəmiyyətini vurğulayardı. Dövlətin inkişafı üçün birinci amilin yüksək təhsil səviyyəsinin olması ilə əsaslandıran ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparılır, Ulu Öndərin təhsil siyasəti uğurla davam etdirilir.
Son illərdə Azərbaycanda təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir. Həmin məqsədlə müxtəlif şəhər və rayonlarda 2500-ə yaxın məktəb binası tikilmiş və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılmışdır. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmişdir.
Qeyd olunanlarla yanaşı, sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac var. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaranmasıda bu sahədə atılan uğulu addımlardan biridir. Ən sevindirici hal isə Agentliyin Direktor müavini vəzifəsinə Mehriban Vəliyevanın təyinat almasıdır.
 Vəliyeva Mehriban Hidayət qızı 1964-cü ildə Bakı şəhərində anadan olub.Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Filologiya üzrə fəlsəfə doktorudur.
1989-cu ildən pedaqoji fəaliyyətə başlayıb, Bakı şəhəri 278 nömrəli tam orta məktəbdə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində və Akademik Zərifə Əliyeva adına liseydə işləyib.
2014–2020-ci illərdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.
"Ən yaxşı müəllim", "İlin ən yaxşı pedaqoji mühazirəsi", Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin qalibidir.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. 
Dəfələrlə "Fəxri fərman", "Diplom" və "Təşəkkürnamə" ilə təltif olunub.
Azərbaycan, Amerika, İsrail, Cənubi Koreya, Niderland və digər ölkələrdə ixtisasartırma kursları keçib. Dövlət İmtahan Mərkəzi və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə ekspert kimi əməkdaşlıq edib.
Bir sıra dərslik, dərs vəsaiti və məqalələrin müəllifidir.
Yeni Azərbaycan Partiyasının və Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvüdür.
Təhsil naziri Emin Əmrullayevin əmri ilə 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
6 oktyabr 2023 cü ildə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini vəzifəsinə təyin olunub.
Agentliyin direktoru vəzifəsinə isə Elm Və Təhsil  Nazirliyin keçmiş şöbə müdiri Eşqi Bağırov təyinat alıb.
Bizdə öz növbəmizdə Mehriban xanımı təbrik edir, bu şərəfli və çətin vəzifəsində uğurlar arzu edirik.

SEYMUR BABAYEV

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI