07:12 - GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək
03:51 - TƏBRİK EDİRİK.
01:31 - Azərbaycan Prezidenti BƏƏ-nin Milli Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
18:51 - Baş Qərargah rəisi hərbçilərə tapşırıq verdi - Video
18:45 - Narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin əsasını təşkil edir”
18:40 - İlham Əliyev həmkarını təbrik etdi
18:22 - Sumqayıt Bələdiyyəsinin sədr müavini Nərmin Mehdiyeva ilə MÜSAHİBƏ
18:09 - SƏLİS DANIŞIQ NİTQ və PSİXOLOGİYA AKADEMYASINA UĞURLAR.
11:04 - İcma: Ermənistan hələ də utopiya ilə məşğuldur
20:59 - Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti bölgədə sülhə xidmət etmir
17:32 - DİM-in nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib
16:50 - Möhkəm bünövrə
16:37 - Bundestaqın sədri: Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
Əməkdaşlığın dərinləşməsi üçün möhkəm hüquqi baza yaradılıb.
VETENİM-AZERBAYCANDIR.AZ
Ümummilli lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz siyasi fəaliyyəti və qətiyyətli mövqeyi sayəsində Azərbaycan bütün istiqamətlərdə inkişaf edərək regionda və bölgədə böyük nüfuz sahibi olan ölkəyə çevrilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan bölgədə ən etbarlı siyasi, strateji tərəfdaş kimi Mərkəzi Asiya ölkələri ilə də sıx siyasi və iqtisadi əlaqələrə malikdir.Türkdilli dövlətləri ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər birləşdirir ki, bu da ökələrimizin qarşılıqlı səmərəli fəaliyyəti və əməkdaşlığı üçün baza rolunu oynayır. Tarixi Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı və ardıcıl səfərlər həyata keçirilir. Sentyabrın 14-də Tacikistan Prezidentinin dəvəti ilə Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edən dövlət başçısı İlham Əliyev tədbirdəki çıxışında bildirdi ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Cənab İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlərimiz dövründə çox möhkəm təməl yaratmağa və bu təməl üzərində dostluğumuzun möhkəm binasını qurmağa nail olmuşuq. Azərbaycan və Tacikistan həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli genişlənməsinə xüsusi diqqət yetirir.Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.
Dövlət başçısı İlham Əliyevin cari ilin ötən dövründə Tacikistana iki dəfə səfər etməsi ölkələrimiz, xalqlarımız arasında münasibətlərin yüksələn xətlə inkişafını təsdiqləyir və əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm hüquqi baza yaradır. Cənab İlham Əliyevin Tacikistana ötən səfəri çərçivəsində müxtəlif strukturlar arasında çoxsaylı sənədlər imzalanmışdır. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.
Bütün bunlar göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı iki qardaş dövlətin beynəlxalq münasibətlər sistemində həmrəylik nümayiş etdirməsinə, türk dünyasının güclənməsinə layiqli töhfələr verəcək.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri