Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Məktəb şagird münasibətlərinin qurulmasında valideynlərin rolu.

Məktəb şagird münasibətlərinin qurulmasında valideynlərin rolu.
15-05-2022, 00:15 402 dəfə baxılıb

Məktəb şagird münasibətlərinin qurulmasında valideynlərin rolu


Azərbaycan Dillər Universitetinin Fəlsəfə və ictimai elmlər kafedrasının əməkdaşları Yusifova Kəmalə və Qarayeva Günel, həmçinin İngilis dilinin fonetikası kafedrasının müəllimi Qocayeva Şəhla Sabunçu rayonu 72 saylı məktəb

- liseyin kollektivi və yuxarı sinif şagirdləri əməkdaşlıq

çərçivəsində görüşdə iştirak ediblər, şagirdlərə ixtisas

seçimi ilə bağlı tövsiyyələr veriblər. Kəmalə Yusifova iqtisadiyyatını tədris etdiyi ölkələrin tədris prosesindən maraqlı faktlar gətirərək təhsilin cəmiyyətin iqtisadi sferasında nə qədər önəmli olduğunu yeniyetmələrin nəzərinə çatdırıb. Gənclər tərəfindən qoyulmuş maddi-mənəvi hədəflərə çatmaq üçün əldə olunan bilikləri düzgün yönləndirmək və yaradılmış şəraitdən maksimum istifadə etmək gərək olduğunu vurğulayıb.

İngilis dilinə yiyələnməyin incəlikləri və innovativ metodları, səs tonu və intonasiyadan danışıq zamanı necə istifadə etmək lazım olduğundan bəhs edən Şəhla Qocayeva bu istiqamətdə şagirdləri motivasiya edib. Universitetin əməkdaşı Şəhla Qocayeva müəllim və məktəbin önəmi, yerli və xarici təhsil ocaqlarında təhsil sistemi haqqında ixtisas seçimi ərəfəsində olan gənclərlə fikir mübadiləsi aparıb.

Fəlsəfə və ictimai elmlər kafedrasının müəlliməsi Günel Qarayeva məktəb - ailə iş birliyi mövzusunda təqdimatı nümayiş etdirərək sağlam şəxsiyyətin yetişməsində hər iki tərəfin rolundan bəhs edib və şagirdlərlə yaranmış qarşılıqlı dialoq məktəb əməkdaşlarının da fikir mübadiləsinə qoşulmasına səbəb olub. Valideyn məktəbli övladına necə münasibət bəsləməlidir və bulling problemi də müzakirə olunub. Universitetin müəllimləri ilə görüşdə məktəbin müdirəsi Fərqanə Abbasova onlara təşəkkür edib və çox məmnun qaldığını bildirib.

Kəmalə Yusifova.
"Vətənim-Azərbaycandır.az"





ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI