Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rusiya istənilən düşmənini, o cümlədən ABŞ-ı məhv etməyə qadirdir - Patruşev

Rusiya istənilən düşmənini, o cümlədən ABŞ-ı məhv etməyə qadirdir - Patruşev
28-03-2023, 11:47 197 dəfə baxılıb

Vətənim-Azərbaycandır.az



Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Rusiya Federasiyası "istənilən düşməni məhv edə biləcək” silaha malikdir. Eyni zamanda, o vurğulayıb ki, Moskva "hərbi üstünlük”lə heç kimi qorxutmur.

Vətənim-Azərbaycandır.az xəbər verir ki, o bu barədə "Rossiyskaya qazeta”ya müsahibəsində deyib.

"Rusiyanın mövcudluğu üçün təhlükə yaranarsa, istənilən düşməni, o cümlədən ABŞ-ı məhv etməyə qadir müasir unikal silahları var”, - Patruşev bildirib. 


Həmçinin, Patruşev mart ayında ABŞ-ın B-52H Stratofortress strateji bombardmançısının Sankt-Peterburqa şərti nüvə zərbəsi endirməsi barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib. Onun sözlərinə görə, Qərb siyasətçilərinin ABŞ-ın ilk olaraq raket hücumuna başlaya biləcəyinə inamı "axmaqlıqdır və bu baxımdan çox təhlükəlidir”.

Təhlükəsizlik Şurasının katibi həmçinin ABŞ strateji bombardmançı təyyarələrinin Rusiya sərhədləri yaxınlığında Rusiya Federasiyasındakı hədəflərə şərti raket zərbələri endirməklə uçuşlarını "təhlükəli və axmaqlıq” adlandırıb.

Bir müddət əvvəl Patruşev bildirib ki, ABŞ-a məxsus MQ-9 Reaper pilotsuz uçuş aparatının bu yaxınlarda Qara dəniz üzərində uçuşu ABŞ-ın Rusiyaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirakından xəbər verir.

Nizami Bağırov

Vətənim-Azərbaycandır.az


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI